“Yolun düşsə, bu dünyaya bir də gəl” - Vaqif Tacı Ələzlinin xatirəsinə

Gözəlliyi görən gözlər 

Bütun gözəllikdən gözəl 

Sevən könullər neynəyər,

Gözəlliyi görməsələr.  

Ağla, qara seçilən rəng  

Gözəlliyə verir ahəng.  

Hər ikisi gözlərdədir, 

Gözəllik gözun rəngidir…

15 oktyabr şair Vaqif Mürvətovun (Vaqif Tacı Ələzli) anadan olduğu, 18 oktyabr 2021-ci il dünyasını dəyişdiyi gündür… Yaşasaydı, 75 yaşını qeyd edəcəkdi… Vaqif Mürvətov 15 oktyabr 1947-cil ildə Siyəzən rayonunun Ələz kəndində dünyaya göz açıb. 1954 -ci ildə Yuxarı Ələz kəndində məktəbə getmiş, 1961-ci ildə ailəsinin Siyəzən rayonuna köçməsi nəticəsində orta təhsilini axşam məktəbində davam etdirmişdir. 1964-cü ildə Bakı Neft Akademiyasına qəbul olunub. Gənclik illərindən ədəbiyyata, poeziyaya marağı olub, ürəyindən keçənləri qələmə alıb. Zaman -zaman şerləri Siyəzən rayonu mətbuatında dərc olunub. 1976-cı ildə həyatına Sumqayıt şəhərində davam edib, həmin illərdən davamlı olaraq şerləri Sumqayıtda da bədii almanaxlarda, qəzetlərdə, jurnallarda dərc olunmağa başlayıb. İlk kitabı 2012-ci ildə işıq üzü görüb. "Ələz" adlandırdığı kitab şairin 65 illik yubileyinə həsr olunub. Şairin ikinci kitabı 2017-ci ildə dərc olunub. “Gözəllik gözün rəngidir" adlı kitabın redaktoru və naşiri Musa Ələkbərlidir. Musa Ələkbərli kitab haqqında fikilərini bölüşərək qeyd edib ki, “Gözəllik gözün rəngidir” kitabında gedən şeirlər Vaqif Tacı Ələzlinin uzun illər apardığı poetik axtarişlarin ən yaxşı nümunələridir. Vətənə torpaqa sədaqət, ata-ana, ailə məbəbbəti, doqma yurdun gözəllikləri, doqulduğu Xızı rayonun, xüsüsilə, Ələz kəndinin onda oyatdıqı təkrarsız duyğular bu şeirlərin əsas mövzusudur. 2019 cu ildən Yazicilar birliyinin üzvü olan şair Vaqif Tacı Ələzli yazıb yaratmadan doymayan qələm əhlindən sayılır. Növbəti kitabının nəçrini gözləyirdi, ancaq əcəl aman vermədi… Xatırladaq ki, şairin sonuncu kitabı 15 oktyabr 2022-ci ildə 75 illik yubileyində işıq uzü gördu. Şairin qızı Ülviyyə Zehir “Yolun düşsə, bu dünyaya bir də gəl” adlandırdığı kitabı atasının ruhuna ithaf edib. Kitabin təqadimtı Xaçmaz Regional Mədəniyyət idarəsinin Siyəzən rayon Mədəniyyət Mərkəzində keçirilib. Şairin yazar dostları, doqmalari sözun isiqina yıqışıb. Tədbirin aparıcı missiyasını şairin qardaşi, Yazıçılar birliyinin üzvü, şair, Əməkdar müəllim Nəcməddin Mürvətov həyata keçirib. Şairin qızı əməkdar artist Hüsniyyə Mürvətova atası haqqında xatirələrini bölusüb və tədbir iştirakçılarını atasının anım gününə gəldikləri üçün minnətdarlığını bildirib. Şairin dostları onun haqqında danışarkən göz yaşlarına hakim ola bilməyiblər və Vaqif Tacı Ələzlinin gözəl insan, gözəl ailə başcısi, vətənpərvər övlad, incə ruhlu söz yazarı olduğunu xüsusilə qeyd ediblər. Şair Vaqif Tacı Ələzlini 75 illik yubileyində böyük hörmət və ehtiramla yad edir, Allahdan onun ruhuna rəhmət diləyirik!

Ilkxeber.org