Fransa prezidenti E.Makronun Azərbaycan əleyhinə növbəti açıqlaması Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradıb. Fransa prezidentinin ölkəmizə qarşı qərəzli mövqeyi Aydınlar Partiyası tərəfindən sərt tənqid olunub. Bununla bağlı İlkxeber.orga-a danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Fransa prezidenti E.Makronun Azərbaycanla bağlı son açıqlamasını - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq ölkəmiz barədə qərəzli və ədalətsiz fikirlər səsləndirməsini beynəlxalq hüquqa və BMT nizamnaməsinə açıq hörmətsizlik, ölkəmizin ərazı bütövlüyünə və suverenliyin növbəti qəsd cəhdi kimi qiymətləndirik. “Biz bununla bağlı mövqeyimizi partiyamızın yaydığı Bəyanatda da aydın şəkildə ifadə etmişik” – deyən Qulamhüseyn Əlibəyli E.Makronun açıqlamasını rəsmi Fransanın regionda sülhün və sabitliyin yaranmasında deyil, münaqişənin davam etməsində maraqlı tərəf olmasının və Ermənistanı növbəti təcavüzkar hərəkətlərə şirnikləndirdirməsinin açıq-aşkar sübutu kimi qiymətləndirib.
Partiya sədrinin fikrincə, Azərbaycanla Ermənistan münasibətlərinin normallaşmasında və regionda sülhyaratma prosesində vasitəçilik iddaasında olan bir dövlətin prezidentinin təcavüzkar Ermənistanı bu qədər can-fəşanlıqla dəstəkləməsi və onun hamisi kimi çıxış etməsi Fransanın özünün elan etdiyi bəşəri dəyərlərə sayğısızlığını bir daha təsdiq edir, onun vasitəçilik missiyasını və BMT TŞ daimi üzv statusunu şübhə altına alır. “Biz hesab edirik ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesində iştirak edə, regionda sülhə, sabitliyə və təhlükəsizliyə töhfə verə bilməz. Ona görə də, ölkəmizin Fransa ilə əlaqələrinə yenidən baxılması məqsədəuyğundur”-deyə Aydınlar sədri fikrini yekunlaşdırıb.
© 2020 - Created by İLK XEBER.