Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi fəaliyyət planına uyğun olaraq Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə “İstedadlı uşaqlara dəstək” layihəsi çərçivəsində ilk təlimini təşkil etdi. Şagirdlər qeydiyyatdan keçdikdən sonra layihə rəhbəri, İb sədri Əli Cəfərov tədbiri açıq elan etdi. Sonra hamı birgə ayağa qalxaraq Azərbaycan Respublikasının himnini oxudular. Ardınca layihə rəhbəri 44 günlük Vətən savaşında, ümumiyyətlə Qarabağ, Aprel döyüşləri zamanı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmək məqsədilə hamını bir dəqiqəlik sayğı duruşuna dəvət etdi. İlk çıxış edən Əli Cəfərov bildirdi ki, layihə Azərbaycan Respublikası QHT Dövət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirilir. O, bir daha Agentliyə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri təlimin məqsəd və vəzifələri haqqında məlumat verərək söylədi ki, Layihənin əsas məqsədi şagirdlərin istedadını üzə çıxarmaqla bərabər, onların müəlllim və valideynlərini də bu istiqamətdə maarifləndirməkdir. Çünki təkcə bir dəfə layihə çərçivəsində müəyyən yarışlar təşkil edib şagirdləri həvəsləndirmək onların fitri qabiliyyətləri üzrə inkişafını həmişəlik stimullaşdırmayacaq. Bu, onlarda müvəqqəti həvəs oyadar və zamanla onları tərk edər. Nəticədə onlar yenidən passivləşə bilərlər. Ən azı ortada bir həddi-buluğa çatmayan, hələ ağır məsuliyyətlərin nə demək olduğunu yetərincə dərk etməyən uşaqlardı bunlar. Mütləq onlara müvafiq şəraitin yaradılması daima müəllim və valideynlərin diqqət mərkəzində saxlanılmalıdır. Qısa tanışlıqdan sonra Əli Cəfərov sözü təlimçi, Bakı Uşaq və Gənclər Teatırının tanınmış aktyoru Mehman müəllimə verdi. Təlimçi şagirdləri salamladıqdan sonra bütün diqqətini mövzuya yönəltmək məqsədilə qısa müraciətlə onları həvəsləndirici, maraqlı detallara cəlb etmək məqsədilə mövzulə bağlı müəyyən suallar verdi və cavablar dinlənildi. Müzakirə aparıldı. Təlimçi bildirdi ki, təlim zamanı sizlərin nitq mədəniyyəti, diksiyasınız və ümümiyyətlə şeir söyləmək məharətiniz yaxşılaşacaqdır. Sonra söz şagirdlərə verildi.
Şadirdlərdən Şəfaqət, Murad, Mənsurə, Balabikə, Zəhra, Nuray, Mədinmə, İradə, Mədinə,Sahib və Hüseyn vətənpərvərlik mövzusunda hazırlamış olduqları seirləri söylədilər. Sonra yenidən təlimçi Mehman müəllim sagirdlərə seir söyləyən zaman nələrə fikir vermələrini izah etdi.
© 2020 - Created by İLK XEBER.