“Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi 11 oktyabr 2022-ci il tarixdə Masallı şəhər 3 saylı tam orta məktəbində növbəti tədbir keçirib.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Gənclərdə tariximizə və maddi-mədəni abidələrə məhəbbət və mənəvi bağlılıq ruhunun möhkəmləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
Tədbirdə “Savalan” Tarixi Araşdırmalar İctimai Biliyinin sədri, layihə rəhbəri, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov giriş sözü ilə çıxış edib.
Layihə rəhbəri çıxışında Masallı rayonunun qədim tarixini özündə əks etdirən məlumatları iştirakçıların diqqətinə çatdırıb, rayon ərazisində yerləşən qədim tarixi-mədəni abidələri haqqında danışıb. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində maddi və mədəni abidələrin tanınmasının və qorunmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Daha sonra tarixçi alim tədbir iştirakçıları tərəfindən verilən sualları cavablandırıb.
Tədbirdə digər çıxışçılar da Masallı rayonunun qədim tarixini özündə əks etdirən qiymətli abidələrlə bağlı maraqlı fikirlər səsləndiriblər.
© 2020 - Created by İLK XEBER.