Tələbə mobilliyi: nailiyyətlər və imkanlar

Təhsil hər zaman insanın formalaşmasında, eləcə də onun həyatında gələcək  perspektivlərini müəyyən etməsində aparıcı rol oynayır.

Avropa İttifaqı (Aİ) ölkələri Avropa təhsilinin keyfiyyətini bütün dünyada etalon olmasına nail olublar. Və bu gün təhsil sahəsinin inkişafı – Avropa İttifaqı ölkələri ilə tərəfdaşları arasında əməkdaşlığın ayrılmaz hissəsidir.

Ali təhsildən danışarkən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus proqramı – demək olar ki, istənilən tələbə üçün Avropa İttifaqının ali təhsil sahəsindəki bir növ vizit kartıdır.

Azərbaycan Avropa İttifaqının təhsil proqramlarına 1994-cü ildən qoşulub. Əgər əvvəllər bir neçə aparıcı proqram – Erasmus Mundus, Tempus, Jeanne Monnet və digərləri fəaliyyət göstərirdisə, 2014-cü ildən bütün bunlar Erasmus+ adlı vahid proqrama birləşdirildi.

Bütün proqramların birləşdirilməsindən sonra bir çox şeylər dəyişdi. İlk növbədə iştirakçıların coğrafi əhatəliliyi artdı, Əgər əvvəllər Erasmus Mundus və Tempus proqramları üzrə Avropa İttifaqına tərəfdaş ölkələrinə coğrafi cəhətdən yaxın sərhəd dövlətlərdən 28-i iştirak edirdisə, indi isə bu göstərici bütün dünyanın əhatə edir. Buraya Avropa İttifaqı ölkələrdindən uzaq Çin, Əfqanıstan, Monqolustan, hətta Argentina da daxildir.

Vahid proqramın aparıcı istiqamətlərindən biri də “Tələbə və akademik heyətin qısamüddətli mobilliyi”dir. Daha sadə ifadə etsək, bu,  ali təhsil ocaqlarının tələbə, professor-müəllim, rəhbər heyətin təhsil və ya staj müddətini Avropa universitetlərində üç aydan bir ilədək keçirməsidir. Bütün xərclər tamamilə Avropa İttifaqı tərəfindən ödənilir.

Avropa İttifaqı hər il Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusda proqramın həyata keçirilməsi üçün 20 milyon avro ayırır. Ümumilikdə 2014-cü ildən 2020-ci ilədək təqribən 16,5 milyard avro ayrılıb.

Hər il Erasmus+ proqramı çərçivəsində qısamüddətli mobillik istiqaməti üzrə çoxsaylı tələbə Azərbaycandan Avropa universitetlərinə yollanır: bu günə qədər proqramın fəaliyyəti çərçivəsində 600 nəfərdən çox tələbə bundan bəhrələnib.

Tələbə mobilliyi yeni ölkədə keçən sadəcə bir il deyil. Bu bir il tamamilə tələbəni dəyişir. Akademik məşğuliyyətlə yanaşı, yeni maraqlı insanlarla, yeni mədəniyyət və dil ilə tanış olur. Bu da dünyagörüşünün genişlənməsinə kömək edir.  Eləcə də ailədən kənar yaşamaq insana müstəqilliyi də öyrədir. Bu, böyük həyat təcrübəsidir.

Digər istiqamət “Erasmus Mundus proqramının birgə magistr diplomları”dır. Burada Avropa İttifaqı magistr təhsil müddətini 2 ilədək maliyyələşdirir. Bu müddətdə tələbə iki, üç, bəzən isə dörd Avropa universitetini dəyişə bilər. 

Bu proqramın üstünülüyü ondan ibarətdir ki, məzun aparıcı Avropa universitetlərinin bir neçə diplomuna sahib ola bilir.

Tərəfdaş universitetlərin proqramı o dərəcədə razılaşdırılmışdır ki, bir universitetdən digərinə keçidlə mənimsəmə prosesində heç bir boşluq olmadan bir ixtisasa yiyələnmək mümkündür. Bu proqramda 100-dən çox ixsisas üzrə iştirak mümkündür.

Bu istiqamətdə rəqabət çox yüksəkdir. Belə ki, bütün dünyadan tələblər iştirak üçün ərizə göndərir. Həmçinin hər il Azərbaycandan da çoxlu sayda ərizələr göndərilir. Lakin sadəcə 2-3 nəfər seçimlərdən keçə bilir. Bunun səbəbi biliklərin zəif olmasındadır.

Erasmus+ proqramının üçüncü ən iri istiqamələrindən biri də “Ali təhsilin potensialının yüksəldilməsi layihəsi”dir (Tempus proqramının varisi). Bu, ali təhsilin müasirləşdirilməsini dəstəkləyərək Avropa ölkələri ilə Avropa İttifaqı tərəfdaş ölkələri arasında universitetlərarası əməkdaşlığı təmin edir. 

Avropa İttifaqı ilə Azərbaycan arasındakı təhsil sahəsində sistemin müasirləşdirilməsinə istiqamətlənmiş ikitərəfli işlər aparılır. Əməkdaşlıq 2015-ci ilin dekabrında imzalanmış Azərbaycanda təhsilə dəstək dövlət proqramına əsaslanır.

2016 – 2020-ci illər təhsil Bakı ilə Brüssel arasında ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biri adlandırılır. Əsasən də ölkədə müasir peşə təhsili və sisteminin (VET) bərpasıdır.

Ali təhsil sahəsində iki illik iri Tvinninq layihəsi icra olunub. Layihənin məqsədi Azırbaycanın Təhsil Nazirliyi və universitetlərinin Avropa prinsip və təcrübəsinin həyata keçirilməsində peşəkar səlahiyyətləri yüksəltmək olmuşdur. 1,3 milyon avrolu büdcəyə malik layihə Finlandiya və Estoniya təhsilin keyfiyyətinin qiymətləndirilməsi layihəsi ilə birgə həyata keçirilmişdir.

Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşularaq çoxsaylı islahatlar aparıb. Lakin sistem inkişaf etməkdə davam edir və Azərbaycanın ali təhsil sahəsinin Avropa səviyyəsinə çatması lazımdır. Əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırlmasıdır.  

Hazırda layihə çərçivəsində təhsil üzrə 550 mütəxxəsis hazırlıq keçib. Onlar Azərbaycanın Təhsil Nazirliyi, universitetlərini, eləcə də digər aidiyyatı qurumları təmsil edir.

Milli kvalifikasiya çərçivəsinin hazırlanması – əmək bazarı tərəfindən işçilərin hüquqi və institusional ixtisaslaşdırmalarının nizamlanması ayrıca istiqamət hesab olunur.

Bu ölkənin əmək bazarında ixsisaslar, ixtisaslaşma və tələbat arasında uyğunsuzluğun aradan qaldırmasına imkan yaradacaq. Eləcə də işçinin real peşəkar ixtisaslaşmasının “qiymətləndirilməsinə”, həmçinin ömürboyu təhsil prosesi üçün imkanlar yaradacaq (Life-long learning).

Əgər Azərbaycanın ali təhsil sahəsinin müasirləşməyə ehtiyacı varsa, o zaman peşə təhsili tamamilə bərpa olunmalıdır. Azərbaycan o ölkələrdəndir ki, burada ixtisaslı işçilərə ehtiyac VET təhsil müəssisəsinin təmin etdiyindən çoxdur.  

Azərbaycanda  hər il 11% məktəb məzunu peşə təhsili və təlimi müəssisələrinə daxil olur ki, bu da inkişaf etmiş ölkələrin orta göstəricisinin 40- 60%-ni təşkil edir. Məhz buna görə də Təhsil Nazirliyi VET-i 2016-2020-ci illər üçün orta müddətli prioritet olaraq elan edib.

Avropa İttifaqı ilə Azərbaycan arasında peşə təhsili və təlimi əməkdaşlığın uğurlu nəticə nümunələri artıq var. Bunun yekunu olaraq 2016-cı ildə ölkənin şimal-qərb dağlıq rayonu olan İsmayıllıda peşə təhsili və təlimi müəssisənin müasirləşdirilməsi oldu.

Avropa İttifaqının Azərbaycan gəncləri üçün təqdim etdiyi imkanlar təhsillə kifayətlənmir. Elə layihələr var ki,  burada digər ölkələrdəki gənclərlə birləşməyə, həmyaşıdları və həmfikirləri ilə ünsiyyəti qaydaya salmağa, fikir mübadiləsinə, eləcə də dil bilgilərinin yüksəldilməsinə yönəldilib. Bu layihələrdən biri də “Gənc avropalı səfirlər”dir.

“Gənc avropalı səfirlər” – Facebook-dakı açıq qrupun hərəkətverici qüvvəsidir. Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan könüllülər əməkdaşlıqda, eləcə də bilik və təcrübələrinin mübadiləsində fəal iştirak edir.

Təşəbbüs 2016-cı ilin sentyabrında təqdim edilib. Buraya 850-dən çox nəfər maraq göstərib. Ərizələr bütün Avropdan, daha çox isə Ukrayna və Azərbaycandan göndərilib. Məqsəd – Azərbaycanı Avropa İttifaqı ölkələrinin mədəniyyəti, tarixi və həyatını yaxından tanınmasından ibarətdir. Ən vacibi isə təhsil imkanları ilə bağlı məlumatları bölüşdürməkdir. 

Tələbələr üçün universitet seçimində mühüm amillərdən biri dildir. Çox vaxt gənclər ingilis, fransız, alman dilli ölkələri, eləcə də rus və ispan dilli ölkələri seçirlər. İstedadlı gənclər üçün rəqabətə davam etmək üçün bir çox universitetlər ingilis dilində təhsil təklif edirlər. Çünki ingilis dili dünyada ən çox yayılmışdır. Həmçinin, təhsil ölkəsinin seçiminə proqramların keyfiyyəti, immiqrasiya perspektivləri və tələbələr üçün maliyyə dəstəyi təsir göstərir. Və əlbəttə, ən mühüm amillər sırasına təhsil yeri seçimi təhsil xidmətlərinin dəyəri də daxildir.

Qlobal iqtisadiyyatla birlikdə mobil tələbə axınının coğrafiyası və miqyası da dəyişir. Getdikcə daha çox diqqət Şərqə yönəlir. Avstraliya, Yeni Zelandiya, eləcə də Cənub-Şərqi Asiyanın universitetləri tələbələr üçün maraqlıdır. Avropa və ABŞ ölkələri mobil tələbələrin əsas cəlbedici mərkəzləri olaraq qalmasına baxmayaraq, Cənub-Şərq ölkələrində təhsilin beynəlmiləlləşməsi tendensiyası getdikcə güclənir. Müşahidələr göstərir ki, artıq Azərbaycandan da bu regionda yerləşən ölkələrdə təhsil alan tələbələrin sayı artmaqdadır.

Mənbələr:

1. Gənclərin təhsili-gələcəyin təminatı: Avropa İttifaqı Azərbaycan üçün yeni imkanlar açır. https://euneighbourseast.eu/az/news/stories/g%C9%99ncl% C9%99rin-t%C9%99hsili-g%C9%99l%C9%99c%C9%99yin-t%C9%99minati-avropa-ittifaqi-az%C9%99rbaycan-ucun-yeni-imkanlar-acir/

2. Абдулкеримов И., Есетова А. Особенности управления интеграционными процессами в системе высшего образования // Вестник Государства Дагестан. технический университет: технические науки. - № 4 (19) - 2010.

3. Рогачева Е., Трансформация социальных функций региональных университетов в условиях интернационализации: Дис. канд. социальные науки. – Саратов, 2015.

 

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi "Tələbələrin akademik mobillik problemləri ilə bağlı tədqiqat işinin aparılması” layihəsi çərçivəsində hazırlanmışdır.