Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Milli Dəyərlərin Qorunması” ictimai birliyi tərəfindən Milli-mənəvi dəyər olan xeyriyyəçiliyin təbliği və təşviqi məqsədi ilə həyata keçirilən “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” adlı layihə 15 sentyabr – 15 noyabr 2022-ci il tarixləri əhatə edən 2 (iki) ay müddətində icra olunacaq. Layihə çərçivəsində eyniadlı filmin çəkilməsi nəzərdə tutulub. Bu barədə layihənin rəhbəri Dilarə Musayeva məlumat verib. Onun sözlərinə görə, ideya ondan ibarətdir ki, bu layihə milli-mənəvi dəyərlər sisteminin əsas elementlərindən olan xeyriyyəçilik ənənələrini təbliğ və təşviq edir, Azərbaycan cəmiyyətində daha da geniş tətbiq olunmasına çağırır, həmçinin xeyriyyəçiliyin ölkələr arasında münasibətlərə müsbət təsirlərini göstərir. Xeyriyyəçilik ənənələrinin bu şəkildə geniş təbliğ olunması, eyni zamanda, Azərbaycanın milli maraqlarına da uyğundur, çünki Azərbaycan cəmiyyətində bu xüsusiyyətləri yaymaqla milli birlik, milli şüur və milli özünüdərketmə təmin edilir. Ona görə təqdim olunan layihənin tərbiyəvi xarakteri olduqca güclüdür. Bu ideyanı həyata keçirmək məqsədilə sənədli film çəkiləcək və əsasən gənclərdən ibarət olan müxtəlif auditoriyalarda bu filmin təqdimat mərasimləri keçirilərək xeyriyyəçiliyin bir milli və mənəvi dəyər olaraq təbliğ və təşviq olunması sahəsində görülən fəaliyyətlərə dəstək göstəriləcək.
Məqsəd xeyriyyəçiliyin bir mənəvi dəyər olaraq hər bir Azərbaycan vətəndaşı üçün vacibliyini göstərmək, cəmiyyətimizin ən mühüm institutu olan hər bir ailə üçün bu dəyəri əvəzedilməz, müqəddəs tərbiyyə elementinə çevirməkdir. Ağa Musa Nağıyevin həyatı və fəaliyyəti ilə bağlı yeni tədqiqatların nəticələrini və bunların iki qardaş ölkənin əlaqələrinin möhkəmlənməsinə xidmət etdiyini misal göstərərək əsasən gənc nəsildə xeyriyyəçilik ənənələrinin Azərbaycan cəmiyyətində daha da geniş yayılmasına nail olmaq əsas məqsədimizdir.
Əvvəlcə “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması planlaşdırılır. Çəkiliş qrupu formalaşdırılıb, mövzu üzrə olan respondentlərdən müsahibələr alınacaq. Daha sonra toplanmış materiallar əsasında “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Xan qızı” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək. Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək. “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Ağa Musa Nağıyev: xeyriyyəçiliyin Türkiyə səhifəsi” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək. Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.
Hazırlayacağımız sənədli film gənc nəsildə vətənə, dövlətə və xalqa sədaqəti, məhəbbəti gücləndirəcək, vətənpərvərliyin və xeyriyyəçiliyin milli-mənəvi dəyər kimi təbliğ və təşviq olunması işinə mühüm töhfə verəcək, Azərbaycan cəmiyyətində xeyriyyəçilik ənənələrinə münasibətin daimi olaraq yüksək səviyyədə saxlanmasına xidmət edəcək, bunların daha da inkişaf etdirilməsinin vacibliyini hər bir vətəndaşın diqqətinə çatdıracaq. Sənədli filminin nüsxələri ali və orta təhsil müəssisələrinə, həmçinin elm adamlarına veriləcək ki, cəmiyyətimizdə bu istiqamətdə aparılan ideoloji iş zamanı bu filmdən geniş istifadə olunsun. Film müxtəlif sosial şəbəkələrdə yayılacaq.
© 2020 - Created by İLK XEBER.