Güney Kipr Rum Administrasiyasının (GKRY) müdafiə naziri Kıbrıs adasını Yunan adası kimi gördüyünü və Kıbrıs türklərini şəhər və kəndlərindən qovmağı hədəflədiklərini açıq şəkildə bildirir.
İlkxeber.org xəbər verir ki, bu, Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.
Bildirilib ki, Quzey Kıbrıs Türk Cümhuriyyəti iki suveren bərabərhüquqlu dövlət arasında mehriban qonşuluq prinsipi əsasında konstruktiv əməkdaşlıq əlaqələri qurmağı öz şüarına çevirib:
"Digər tərəfdən, Rum tərəfi adanı silah anbarına çevirmək üçün son vaxtlar sürətlənib. Silahlanma cəhdlərini ört-basdır etmək istəyən Güney Kipr Rum Adminstrasiyası əsassız iddialarla ada və ətrafında yaşanan gərginliyi Ana Vətən Türkiyəyə bağlamağa çalışır.
Güney Kipr Rum Administrasiyasının Fransa ilə hücum helikopterlərinin satış müqaviləsi imzaladığı və raket sistemləri, radar sistemləri və digər hərbi texnikanın alınması istiqamətində səylərini artırdığı görünür. Son dövrdə silah tədarükü və hərbi təlimlərin artırılması ilə yanaşı, Yunanıstan Müdafiə Nazirliyi və hətta yunan din xadimlərinə atış təlimi keçdiyi rum ordusu, adadakı sərhəd xəttində ağır silah mövqeləri yerləşdirməyə davam edir. Adada və ətrafında gərginliyin artmasında yeganə məsuliyyətin silahlanma fəaliyyətlərini artıraraq davam etdirən Güney Kipr Rum Administrasiyasının olduğu açıq-aydın görünür".
© 2020 - Created by İLK XEBER.