Məhəmməd Əmin Rəsulzadə - QARDAŞ TÜRKİYƏNİN İMDADI

«Azərbaycan Cümhuriyyəti» kitabından

Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı:
— TÜRKİYƏ!

Bolşeviklər Azərbaycan türklüyünün Rusiya ixtilali-kəbiri tərəfindən dəxi elan olunan «təyini-müqəddarat» həqqindən istifadəyə qalxdığını, Bakı sokaklarında axıtdıqları qanlarda boğmaq, «İsmailiyyə» binasında yaxılan hürriyyət məşəlini o möhtəşəm binanın ənqazi vərəmadi altında söndürmək istədilər. Böylə müdhiş bir cinayəti-tarixiyə vüqu bulduğu zaman millət fikir və idealını təmsil edən müsəlman məbuslar Tiflisdə idilər. O zaman Tiflisdə iniqad edən «Seym» məclisi-müştərəki bir vəchi-məzkur, bir tərəfdən çarizmidən təvarüs edən Qafqasiya cəbhəsinə aid məsailin həlli, digər tərəfdən də Rusiyadan əbədiyyən ayrılaraq elani-istiqlal etmək məsələsini tədqiq və müzakirə etməklə məşğul idi.
Seymdəki müsəlman məbuslarının bütün hümmətləri gərək cəbhə məsailinin müsəlləhanə bir surətdə təsviyəsi, gərək Qafqasiya istiqlalının bir an əvvəl qüvvədən felə çıxarılmasına mətuf idi. Çünki Rusiyadan ayrı, müstəqil bir Qafqasiya təsis üçün bundan daha iyi bir fürsət gəlmiyəcəyinə qane idilər. Müstəqil bir Qafqasiya, yalnız Qafqasiya müsəlmanlarının deyil, daima rus təhdidi-təhtində bulunan digər islam məmləkətlərinin dəxi mənafei iqtizasından idi. Bakı faciəsi zatən müsəlmanların bu siyasi «cinayətkar» təmayüllərinə müqabil, bolşeviklər tərəfindən tərtib edilən bir cəza idi.
Bittəb, Bakı Tiflisin müavinətini bəkləyordu. Yalnız Bakı deyil, bütün Azərbaycan azərbaycanlıların iştirakı ilə təşəkkül edən «Seym» məclisi ilə Mavərayi-Qafqas hökumətinin bu müavinətinə intizar ediyordu. Fəqət, heyhat! Azərbaycanlı «Seym» əzasının yüksək səda ilə bağırıb-çağırması Tiflis hökumətinin həqiqi sahibləri olan gürcü menşeviklərinə lüzumunca təsir edəmədi.
Gürcüstan daxilindəki bolşevizmi min şiddət və qəhrlərlə basdıran bu əfəndilər Bakıya qarşı quru elani-hərb belə etmək istəmədilər. Gəncə milli müsəlman komitəsinin təşkil etdiyi istixlas ordusuna milyonlarla fişəng, onlarla metralyoz və bir kaç top vəd edilsə də, bu vədlər həqqilə tutulmadı. Tiflis mətbuatı isə Bakının Azərbaycan «başı pozuq» qüvvəti ilə istirdadına qarşı «vəqeyi-irticaiyyə» — deyə protesto etdi. Nəhayət, «türk təhlükəsi varkən bolşeviklərlə müxasim olamayız» — deyə aldıqları bu qərib vəziyyəti əcib izah etdilər. Bu sırada «Seym»dəki erməni qisminin xətt-hərəkətini izahə ehtiyac varmıdır?...
Müsəlmanların intiqamından, Tiflisin müavinətindən qorxan üsyankar Bakı bolşevikləri əvvəlcə tədaföi bir vəziyyət almışkən bu dəfə cəsarət peyda edərək təərrüzə keçmişlər idi. Başda Amazasp, Avetisov kimi erməni fədailəri və Petrov kimi rus topçuları olduğu halda Gəncəyə doğru yürüyən bu mütəcavüz qüvvətdən əvvəl əmrdə Şamaxı mütəzərrər oldu. Əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı. Biləxərə, müqabil təcavüz yapan Gəncə qəvayi-müdafiəsinin şəhərə girib-çıxması üzərinə səlamət qalmış olan bu məhlə də yandı.
Yanmayan yalnız iki kəlisa qalıyordu.
Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaların, yəğmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir. Təhlükə artıq Gəncəyə gəlmişdi. Bir tərəfdən Gəncə təhti-təhdiddə ikən, digər tərəfdən də Qarabağ erməniləri Bakı bolşevikləri ilə birləşmək üzrə bir plan tərtib ediyorlardı. Azərbaycanın atəş ilə qılıncdan keçirilməsi planı!
Məlum A.Şaumyanın qəzetəsi «muxtariyyət deyil, xarabazar alacaqsınız!»
— deyordu.
Böylə bir təhlükə qarşısında milləti müdafiə edəcək yalnız bir Gəncə qalmışdı. Gəncə, öhdəsinə düşən bu ağır vəzifəni təkbaşına davam etdirəmməzdi. Müdafiə günləri uzandıqca rişteyi-ümur əldən çıxıyor, bolşevik əlinə keçən yerlərdə dəxi şiddətli bir itaətsizlik və anarşi zühur ediyordu. Bu surətlə həyat təbiyyəsini təhdid edən bir təhlükəyə qarşı hakimiyyətini qəbul eyləmiş Tiflis hökumətindən laqeydlik görən Azərbaycan əfkari-ümumiyyəsində pək təbii olaraq bir iman doğyordu. Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı:
— TÜRKİYƏ!
Ümidlər həp oraya mətuf idi. «O qardaş millət gələcək. Bizi düşmən əlindən qurtaracaq!» Xəlqin bundan başqa bir ümidi qalmamışdı.

Halbuki məsələ bu qədər də bəsit deyildi. Kəndisini Rusiyadan ayrı, felən müstəqil bir halda idarə etməkdə olan Mavərayi-Qafqas Türkiyə ilə sülh əqd etmək istədiyi halda məqsədinə daha müvəffəq olamıyordu. Türkiyə, Mavərayi-Qafqas hökuməti naminə Trabzona11 gəlmiş, 1914 sənəsi hərbindən əvvəlki Qafqasiya hüdudunun ibqasını istəyən heyəti-mürəxxəsəyə «Brest-Litovsk» müahadənaməsinin12 təmamilə qəbulunu təklif ediyordu. Bu təklifə görə Mavərayi-Qafqas hökuməti vəqtilə türklərdən təzminati-hərbiyyə müqabil olaraq alınan Qars, Ərdəhan və Batum əlviyəyi-səlasəsindən sərf-nəzər etməlidir. Bu vilayətləri bolşevik hökuməti Brest-Litovsk müahidəsi ilə tərk eyləmişdir. Vəziyyət bu səfhəyə dönülüncə Trabzon müzakiratı olduqca ciddiləşiyordu. Ermənilərlə gürcülər «hərb etmədən Türkiyəyə təslim olmayız» — deyorlardı. Bir tərəfdən bolşevizm, digər tərəfdən də erməni və gürcü cəngçuluğu arasında qalan müsəlmanlar pək müşkül bir mövqedə bulunuyorlardı. Məmafih əhvalın ciddiyyətini dərk edən Trabzon heyəti-mürəxxəsəsi erməni, gürcü və türk əzasının ittihad arasilə Türkiyə ultimatumunu qəbula qərar vermişkən «Seym» məclisi gürcü menşevikləri ilə erməni daşnaklarının əksəriyyətilə hərbə qərar verilmişdir.
Konfrans inqitaə uğramış, hərb başlamış, heyəti-mürəxxəsə Tiflisə ovdət etmişdi. Fəqət heyət Tiflisə gəlincəyə qədər hərb də adətən bitmiş, Batum süqut eyləmiş, Qars mühasirəyə alınmışdı.
Artıq təhəmmül etmək mümkün deyildi. Hərb durmalı, sülh əqd olunmalı, Mavərayi-Qafqas istiqlalı rəsmən elan edilməlidir. Ya biz ayrılır, kəndi başımızın çarəsinə baxarız – deyə «Seym»dəki müsəlman əza son çarəyə təvəssül etmişlərdi. Yanlış macəraya qapıldıqlarını və Mavərayi-Qafqas xəlqinin böylə bir hərbə qətiyyən mühəyya olmadığını dərk edən gürcülər dəxi bundan başqa bir çarə qalmadığına qane oldular. Cəngcu Qekçiqori hökumətini13 iskat edib yerinə sülhçü Çengeli14 kabinəsini gətirdilər. Batumda yeni müzakirat başladı. Çengeli Trabzondakı türk mütalibatının artmayacağına ümidvar ikən, həqiqət təsəvvür elədiyi kimi çıxmadı. Batum ilə Qarsda tökülən türk qanına İstanbul hökuməti xunbəha olaraq yeni bir taqım ərazi tələb ediyordu. Axsixə, Axalkələk, Aleksandropol15, Sürməli və Naxçıvan qəzaları bu tələbi təşkil ediyordu. Mavərayi-Qafqas heyəti-mürəxxəsəsi ilə türk heyəti-mürəxxəsəsi Batumda məşğuli-müzakirə ikən, Nuri paşa18 ilə bərabər məiyyətində bulunan bir kaç zabiti—İran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş anarşiyaya məruz, digər tərəfdən də bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xəlqin kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir.
Batum müzakiratı bir çox müşkülatə məruz qalıyordu. Müzakirat uzanıyordu. Gürcülər artıq Mavərayi-Qafqas hökuməti cüzində qalmayı kəndi hesablarına zərərli görüyor, əl altından Almaniya ilə anlaşıyorlardı. Türkiyə ilə müttəfiqi Almaniya arasındakı ixtilaf gürcülərə böylə bir hərəkatın müfid olacağını təlqin ediyordu. Nəhayət, əmr vaqe oldu. Maisin 26-sında Gürcüstan, Mavərayi-Qafqasiyadan ayrı kəndi başına müstəqil bir cümhuriyyət təşkil etdiyini elan eylədi. Gürcülərin Mavərayi-Qafqas federasionundan çıxmaları üzərinə hökuməti-müttəhidə parçalanmış idi. Bunun üzərinə seymdəki müsəlman əza dəxi, gürcülər kimi kəndilərini Azərbaycan şurayi-millisi elan etdilər. İki gün sonra, mayisin 28-də şurayi-milli Azərbaycanın istiqlalını elan və bu keyfiyyəti 30 mayis tarixli təmimi ilə bütün dövlətlərə bildirdi*. Şurayi-milli elani-istiqlal ilə bərabər. «Azərbaycanın təşəkkülü» namı risaləyə müraciət olunmalı. Azərbaycan hökumətini dəxi təşkil eylədi. İlk hökumət, Tiflisdə Azərbaycan hərəkati-milliyyəsinin düşmənləri tərəfindən qətl edilən mərhum Fətəli xanın təhti-riyasətində təşəkkül etmişdi.
Mavərayi-Qafqasiya hökumətinin inhilalı ilə Batumdakı heyəti-mürəxxəsə dəxi bittəb inhilal eyləmiş, onun müqabilində Azərbaycan, Gürcüstan və Ermənistan heyətləri münfəridən sülh müzakirəsini idamə etdirmişlərdir. Batumda 4 həziranda dövlətəleyh namına ədliyyə naziri və birinci mürəxxəs Xəlil bəy ilə Şərq orduları komandanı və ikinci mürəxxəs Vəhib paşa həzrətləri Azərbaycan namına Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin və Xariciyyə Naziri Məhəmməd Həsən bəylər tərəfindən bir müxadinət əhdnaməsi imza edildi. Bu müahidənin 4-cü maddəsinə binaən məmləkətin əmniyyət və asayişini iadə etmək üzrə Azərbaycan Cümhuriyyəti Türkiyədən müavinəti-əsgəriyyə istəmək həqqini caiz idi.
Azərbaycanın nə kimi müşkilatə məruz qaldığı və bu təhlükəli müşkilatdan çıxa bilmək üçün Türkiyənin müavinətinə möhtac olduğunu Azərbaycan müməssilləri Trabzon ilə Batumda türklərlə vaqe olan təmasları əsnasında gərək şifahən və gərək təhrirən anlatmışlardı. Bu kərə Azərbaycan Şurayi-Millisi naminə biz və Xariciyyə Nəzarəti naminə də Məhəmməd Həsən bəy17 salifüzzikr müahidənin 4-cü maddəsinə istinadən Türkiyə hökumətinə müraciətlə qovayi-imdadiyyə istədik.
Bütün Azərbaycan xəlqinin çarçeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizə Türkiyə heyəti-mürəxxəsəsi həman müvafiqət cavabını verdi. Fəqət Gürcüstan təriqi ilə gedəcək olan qəvayi-imdadiyyə, Almaniya hökumətinin göstərdiyi müşkilatdan dolayı istənildiyi bir sürətlə yetişəmiyordu. Şərait və vəqaye-fövqəladə içərisində elani-istiqlal edən şurayi-milli Gəncəyə nəql etdi. Həziran ayının 16-sında əqd eylədiyi tarixi cələsəsində Şurayi-Milli Fətəli xanın ikinci kabinəsini təşkil və bütün ixtiyaratını məzkur hökumətə həvalə edərək, əhvali-fövqəladə həsbilə kəndisi tətili-müzakirat eylədi. Məclisin bu xüsusda ittixaz eylədiyi qərar bir vəchi-ati idi: «Azərbaycanın keçirməkdə olduğu müşkilati-daxiliyyə və xariciyyəyi nəzər etibarə alaraq Azərbaycan Şurayi-Millisi bütün hüquq və səlahiyyətini Fətəli Xoyski təhti-riyasətində təşəkkül edən kabinəyə həvalə və məzkur kabinəyi arayi-ümumiyyə üzərinə müstənd bilətəxir məclisi-müəssisan dəvət oluncaya qədər Azərbaycan həqqi-hakimiyyətini kəndi əlində bulunduraraq kimsəyə tərk etməməyə müvəzzəf edir.»
Azərbaycan Şurayi-Millisinin şu surətlə tətili o zaman Gəncədə hüsulə gələn bir taqım siyasi mübarizələr nəticəsində hasil olmuşdu. Bu mübarizə məmləkət üsul-idarəsinə aid demokrasi cərəyanlarla aristokrat zehniyyətlər arasında vüquə gəliyordu. Hər tərəfdən düşmən bir qüvvətlə mühat olan  məmləkətdə bu kimi mübarizələri bir zaman müvəqqət üçün bir tərəf etmək lüzumu vardı. Bu lüzum səlahiyyəti-vaseyi haiz bir hökumət təşəkkülü surətilə təmin edilə bilmişdi. Azərbaycan tarixi təşəkkülündə vəqaye-mühümmədən olan bu hadisə əsnasında Şurayi-Millinin nə kimi hissiyyat ilə mütəhəssis olduğunu göstərmək üçün rəisi olmaq sifətilə söylədiyimiz ixtitam nitqini qismən buraya dərc ediyoruz: «...Əvət əfəndilər, Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə naqis də olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz, demokrasinin bir ricəti və qəvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət ağ və pak qüvvətlərə müqabil qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən görülüncə ilk baxışda bizim halımız Ukrainanın halına pək bənzəyor kimidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabiyyəsinin iflasına dair bir əqidə hasil etdiriyor. Fəqət, Əfəndilər! Zavahirlə qalmıyalım, səthi düşünmiyəlim, pək də məyus olmuyalım. Rusiya inqilabi-əzimi, hər nə deyirlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdır? Bu sualla «Böyük Rusiya» fikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən deyil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir.
Böylə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidir. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. İnqilab dünyanın altıda birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən deyildi. İfrata varan sinif hürriyyətləri əlbəttə ki, təqyid olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hürriyyət deyil, bir afətdir. Fəqət, bu yolda yapılacaq ricət, əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun övtəsində deyil, yerisində tovqif edəcəkdir. Demək əhvali-əvvəlkinə nisbətlə hər halda iyi olacaqdır. «Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə olan bu vəqaye»yə böylə baxıyoram. Buna görə də hala ümidlərimlə bərabər yaşayoram. Biliyoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdiyi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan: siyasətin kəsbi-hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid düsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha müsaid olacağına şübhə etməm. Hətta, əfəndilər söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrai-nüfuz edən və edəcəyi mütəsəvvir bulunan qüvvət yabançı bir qüvvət deyil, öz qüvvətimizdir (Alqışlar). Buradan istiqbal, böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tovhidə doğru gedəcəyi eyni məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bilfərz qaib etsək belə siyasətən qazanacaq təlafiyi-mafat edəcəkiz. Halbuki Ukraina və ya Gürcüstan öylə deyildir.
«Əvət əfəndilər! Pək də naümid olmayalım. Tarixin, amali-milliyyəmiz nöqteyi-nəzərindən, müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdiyini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım...» Yuxarıda müqtəbəs qərarnamə üzərinə Şurayi-Milli tərəfindən məmləkətin idarəsinə müvəkkil olan hökumət bir an əvvəl Bakını istirdad edəcəkdir. Nuri paşa məiyyətindəki ordunun müavinəti ilə az bir zaman içərisində Bakı vilayətindən məada, bilcümlə Azərbaycanda əmniyyət tamam təmin edildi. Yalnız Bakı ilə həvalisi bolşeviklərin əlində idi. Bunlar ara-sıra xüruc yaparaq təcavüzdə belə bulunuyorlardı. 5—6 aylıq bir fürsətdən bilistifadə bolşeviklər olduqca mühüm bir müdafiə qüvvəti hazırlamışlardı.
Xaricdən, Azərbaycan və Türkiyə qəvayi-milliyyəsi tərəfindən təzyiq olunan bolşevik—daşnaksiyun qüvvəti daxilən sarsılyor, aralarına nifaq giriyordu. Biləxərə məhsur bulunan Bakıda bolşevik diktaturasına qarşı bir ixtilal zühur və mövqei iqtidar, erməni alayları ilə Bakı limanındakı bəhriyyəlilərə istinad edən ermənilərlə ruslardan mütəşəkkil bir «direktvara» intiqal ediyor. Bu direktvar ingilisləri Bakıya dəvət ediyor. O zaman İranda bulunan ingilis komandandığı vaqe olan bu dəvət üzərinə Bakıya əsgər çıxarıyor. Vəziyyət bu şəkilə girincə Türkiyədən yeni qüvvətlər cəlbinə lüzum görülyor. Almanlar isə—yuxarıda zikr edildiyi vəchlə—Gürcüstan təriqi ilə Bakıya gedən Türkiyə qəvayi-imdadiyyəsini təvəqqüfə ğratıyorlar. Bunun üzərinə Bakının istirdadını da iyulun 15-nə qədər gecikiyor.
Nəhayət, qanlı bir müqatilə və ünud bir müqabilədən sonra qardaş xilasına can atan qəhrəman Məhəmmədciyin türk vəhdəti tarixində altun hərflərlə yazılacaq bir fədakarlığilə Azərbaycan qəvayi-milliyyəsi kəndi paytaxtına giriyor. Altı ay tamam xuni-cigər yeyən əhvali-islamiyyəsinin üzü gülüyor. Qurban bayramı kimi məsud bir gündə Bakı təkrar kəndi sahiblərinin əlinə keçiyor. O zaman biz İstanbulda idik. Vüstayi-Avropa dövlətlərinin iştirakı ilə toplanacaq konfransa iştirak üçün digər Qafqasiya Cümhuriyyətləri ilə bərabər Azərbaycan Cümhuriyyətini təmsil edən heyəti-müəxxəsə riyasətində bulunuyorduq. O dövrün hərbiyyə naziri və baş komandan vəkili bulunan Ənvər paşa həzrətləri telefon ediyorlardı:
— Əmin bəy, Bakı alındı!
Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil deyil təsvir edəməm. O təsiri hala unudammıyoram.
Bundan bir kaç gün əvvəl Almaniya hökumətinin bir qərarını protesto etmişdik. Almaniya dövləti bolşevik hökuməti ilə Brest—Litovsk müahidəsinə zeyl olaraq yapdığı bir müahidə mucibincə Bakı vilayətinin ta Kür nəhrinə qədər ruslara tərkinə riza göstərmiş, müqabilində kəndisinə petrol imtiyazını təmin eyləmişdi. Ustadımız Əhməd bəyin təbiri-vəchlə bizi bir təngə qaza satmışdı. Bu münasibətlə bizə müraciət edən qəzetəçilərə: «Bakısız Azərbaycan—başsız bədəndir!»—demişdik. Qafası məşhur Giyotin məngənəsində bulunan bir adamın xilası nasıl bir həyati-novin isə, Bakının istirdadı dəxi o nisbətdə ecazkar bir vəqiə idi. Həm həqiqətən də öylə idi. Sonra mənhus bir ixtilal nəticəsində məzarları münsi qalan Anadolu Məhəmmədcikləri Bakıdakı şəhadətləri ilə türklüyə yeni bir siyasi vücud əta ediyorlardı. Maddətən münsi, fəqət, mənən bütün qəlblərdə mədfun bulunan bu qəhrəman şəhidlər yalnız Bakıdamıdırlar? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən ta Bakıya qədər bir yer varmı ki, orada böylə bir fədakar yatmasın?!...
Əvət, Azərbaycanın hər cəhətində şairin təsvir etdiyi «Sarmaşıqlı bir məzar» bulursunuz ki, «qızlar, gəlinlər» tərəfindən ziyarətgah halına qonulan bu məzar, qardaş imdadına qoşan «TÜRK» məzarıdır.