Aydınlar Partiyası sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatla bağlı bəyanat yayıb.
Aydınlar Partiyasının mətbuat xidmətindən Ilkxeber.org-a daxil olan bəyanatda deyilir:
"Aydınlar Partiyası Ermənistan silahlı qüvvələrinin günişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyir.
Aydınlar Partiyası olaraq bu həssas məqamda dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanında olduğumuzu, təxribatların qarşısının alınması, şəhidlərimizin qanının yerdə qalmaması üçün görülən tədbirləri bəyəndiyimizi və dəstəklədiyimizi bir daha bəyan edirik.
Aydınlar Partiyası bütün beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə müraciət edərək, ikili standartlardan əl çəkməyi, Ermənistanın təcavüzkar niyyətlərinin və təxribatlarının qarşısını alınması üçün beynəlxalq hüquqa uyğun təsirli tədbirlər görməyi tələb edir. Partiya hecab edir ki, belə təxribatlara layiqincə cavab verməklə yanaşı, Ermənistan tərəfindən gələcəkdə belə genişmiqyaslı təxribatların törədilməsinin qarşısının alınması üçün Silahlı Qüvvələrimiz müvafiq qabaqlayıcı tədbirlər həyata keçirməlidir".
© 2020 - Created by İLK XEBER.