“Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2022-ci il tarixindən “Gənclər arasında ailə dəyərlərinin təbliği istiqamətində və ailə institutlarının inkşafına dair maarifləndirmə tədbirlərinin təşkili”layihəsinin icrasına başlayır.
Bu barədə Sosialmedia.az-a ictimai birliyin mətbuat xidmətindən bildirilib. Layihənin Gənclər arasında ailə dəyərlərinin təbliğini aparmaq , ailə institutunu inkişaf etdirmək, erkən nigahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nigaha girməsinin qarşısını almaq üçün maarifləndirmə işləri aparmaqdır.
Layihənin 3 ay müddətində Şamaxı, İsmayıllı, Qəbələ və Göyçay rayonlarında keçirilməsi planlaşdırılır.
© 2020 - Created by İLK XEBER.