Həyatın zirvəsində və ya müəllim ömrü haqqında

Insan ömrü bir şama bənzəyir. Şam yanarkən ətrafını işıqlatsa da ozünü əridir, nurunu bəxş etdiyi həyatdan qopardıb sonlanır.

Nur saçan Günəş təbiətin saflığını, Zamanın ruhuna buraxır.

Həyatla Zamanın ruhunu özündə daşıyan ancaq insandır. İnsanın ömür zəncirində həyat prinsipləri zaman-zaman insanın düşüncə birikimini sabitləyən sözün həqiqi olanıdır.

İnsan kamilləşməz, həyatını düzgün yaşamasa!

İnsan xatırlanması əməli olmasa!

İnsan fərqlənə bilməz, məsləki ilə ortaya çıxmasa.

Ta binayi-qədimdən insanın insan edən onun məsləkidir...

Məslək insanın iş həyatıdır.

Məslək insanın düşüncə birikimidir.

Məslək insanın şəxsiyyətindən doğan sənət dünyasına açılan qapıdır...

Hər bir toplumun yaşadığı həyatdan doğan yaşam tərzi var.

İnsan oğlunun yaşam tərzinə görə məslək yolu ortaya çıxır və öz həyat səhnəsi yaşayan insan öz bacarığı daxilində məslək sevgisini qazanıb cəmiyyətə təqdim edir.

M ü ə l l i m l i k insanlıq tarixinin ən uca, b ə ş ə r i məsləkidir.

Müəllimlik məsləki ən yayğın, dünyəvi məsləkdir...

Hər bir zamanın öz müəllimi var. Çinlilərin təbirincə, “keçmiş gələcəyin müəllimidir"! Ərəblərin təbirincə isə, "Zəmanə ən böyük müəllimdir".

Müəlimlik təsadüfi sənət deyil.

Müəllimlik peşəsi pedaqoji peşə və zamana uyum saxlayan, ən canlı peşədir.

Ömrünü şam kimi əridən və təpədən-dırnağa qədər həm yaşamı ilə, həm məsləki ilə tanınan çoxlu sayda müəllimlərimiz var.

Belə müəllimlərdən biri Ş a m x a l o v  N u r ə d d i n  E l m a r oğludur.

N u r ə d d i n  müəllimin məsləki qədər cazibəli ömür yolu da var.

Əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindən olan Nurəddin müəllim 1950-ci ildə Beyləqanın Şahsevən kəndində doğulmuşdur. 1972-ci ildə Bakıda Xarici Dillər İnstitutunu qurtarıb öz doğma kəndinə dönən Nurəddin müəllim ömrünün 44 ilini eyni iş yerində, 2 nömrəli Şahsevən kənd orta məktəbində də başa vurmuşdur.

1972-2016-cı illər bir ömrün nur saçan keçmişi ilə sabahının xatirə ömrünün qaynar qazanıdır…

Bu illər ərzində Nurəddin müəlliminin yüzlərlə şagirdləri öz həyat ideallarını könül sevdası ilə yaşamışlar. Onlardan geriyə bur xatirə ömür qalmışdır.

N u r ə d d i n müəllimi yaxından tanıyanlar bu insanın yüksək mədəniyyət sahibi olmasına qibtə edirlər. Məsləklər içərisində ən ağır məslək olan müəllimlik məsləkinin iki qanadı var:

Birinci qanad: Bilik;

İkinci qanad: Mərifət.

Biliklə mərifət birləşəndə kamillik ortaya çıxır.

Kamillik zirvəsinə çıxan insan artıq həyatın zirvəsində İnsanlığın Ləyaqət nümunəsidir…

İngilis dili müəllimi olan sevimli Nurəddin müəllim ömrünün qaynar cazibəsini özləyərkən, onu dinləmək özü bir həzz mənbəyidir.

Müəllim Biliyi ilə müəllimdir. Müəllim yaddaş möhkəmliyi ilə müəllimdir.

Müəllim təmsilçisidir öz ailəsinin, öz ailəsinin, öz kəndinin, öz elinin, öz ölkəsinin, öz dövlətinin.

Nurəddin müəllim əsil pedaqoqdur.

Pedaqoji ustalığı öz yaradıcılıq politrasına heyranlıq doğurur.

Müəllim geyimi-gecimi, səliqəsi, davranışı, həm də dünyagörüşü ilə müəllimdir...

Müəllim həm də öz ailəsinin təhsilli olması ilə də nüəllimdir.

Müəllimlik təsadüfi sənət deyil.

Müəllimlik peşəsi Pedaqoji peşə kimi, həm də yaradıcılıq peşəsidir.

Nurəddin Şahsevənli əsil Azərbaycan müəllimidir...

Var olsun belə müəllimlərimiz

Müəllimlik məsləkinin daxilində məslək sirləri də var.

Bu sirləri ortaya çıxaran Zamandır.

Zamandan doğan həyati dinamizmi müəllimlik peşəsinin həyat ölçüsüdür.

Nurəddin Şamxalov həyatın yetişdirdiyi əsil Vətən övladıdır…

Onunla istirahətdə keçirdiyim on beş günlük yoldaşlıq, ömrümün ən gözəl, yaddaqalan, unudulmaz günləri olaraq ömrümə köçdü.

Nurəddin Şamxalov Ruhən cavandır.

Nurəddin Şamxalov Qəlbən böyükdür.

Nurəddin Şamxalov Zehnən Biliklidir.

Şeir yaddaşı onu başqaları ilə ünsiyyətə girmək üçün qapı açır.

Həyat hikmətlərini yüzlərlə məsəl və lətifələrdə söyləyir.

Nurəddin Şamxalov musiqi dünyasının adamıdır.

Sadəliyi və təvazökarlığı Nurəddin Şamxalovun əsil həyati-mənəvi zənginliyidir.

Nurəddin Şamxalov İnsanlığın Ləyaqət nümunəsidir.

Nurəddin Şamxalov özü həyat məktəbidir.

Nurəddin müəlim, nə yaxşı ki Sizi tanıdım. Böyük ürəyinizə qibtə etdim. Biliyinizə və yaddaşınıza heyran oldum. Mənəvi zənginliyinizi, sadəlik və təvəzökarlığınızı, yüksək mədəni davranışlarınızı, həyat tərzinizdəki aktevitələrinizi sevdim.

Siz müəllimlik məsləkinin öndərisiniz. Sizə can sağlığı arzulayıram. Nə yaxşı ki varsınız.

Müəllim ömrüdür, Sizin ömrünüz.

Müqəddəslik yoludur Sizin yolunuz!

 

Hörmətlə,

Nəsib Abid, müəllim-filoloq

14 avqust 2022-ci il

Bakı-Mərdəkan