General Iqbal Babayevin saxlanılması xəbəri yalan çıxdı...

 

Dünən Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsinin bəzi idarələrində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında məşhur general İqbal Babayevin adı da hallanır.

İlkxeber.org Bakupost.az-a istinadən xəbər verir ki, onun həbs edilməsi xəbəri həqiqəti əks etdirmir.

Hazırda onun iş başında olduğu bildirilir. Bir saat öncə o, Feysbuk hesabında paylaşım da edib.

Qeyd edək ki, DGK-nın sədr müavini İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.