Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Türkiyənin keçmiş meşəçilik və su işləri naziri və AK Partiya Afyonkarahisar millət vəkili Veysel Eroğlunu qəbul edib.
Bu barədə İlkxeber.org-a KKTC-nin Bakıdakı Daimi nümayəndiliyindən məlumat verilib.
Bildirilib ki, Ersin Tatar, Veysel Eroğlunun Su Təchizatı Layihəsində böyük əməyi olduğunu qeyd edib.
"Anamurdakı Alaköprü Anbarından axan suyun Geçitköyə, oradan da asma borularla adanın hər yerinə nəql edilməsi böyük bir layihədir və bu layihənin kənd təsərrüfatında istifadəsi üçün investisiyalar davam edir", - deyə Tatar bildirib.
KKTC lideri həmçinin, bu layihənin əhəmiyyətinin qlobal istiləşmə, adanın quraq iqliminin güclənməsi və Ukrayna-Rusiya müharibəsindən sonra ərzaq təhlükəsizliyinin əhəmiyyəti kimi faktorlarla bir daha ortaya çıxdığına diqqət çəkib.
“Layihə sayəsində daha yüksək əlavə dəyəri olan məhsullar istehsal etmək mümkün olacaq” deyən Ersin Tatar, TürkiyəKənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi layihələrin İstanbul Texnik Universiteti tərəfindən təşkil olunacaq seminarda qiymətləndiriləcəyini söyləyərək, bu layihələrin KKTC üçün əhəmiyyətini vurğulayıb.
© 2020 - Created by İLK XEBER.