Rusiya Elmlər Akademiyasının prezidenti professor İlham Rəhimovu təbrik edib

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Mixayloviç Sergeyev Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovu Rusiya Elmlər Akademiyasının akademiki seçilməsi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Rusiya Elmlər Akademiyasının üzvü, professor İ.M.Rəhimova

Hörmətli İlham Məmmədhəsən oğlu!

Böyük məmuniyyət hissi ilə bldirirəm ki, Siz Rusiya Elmlər Akademiyasının 2 iyun 2022-ci il tarixli Ümumi yığıncağının qərarı ilə Rusiya Elmlər Akademiyasının akademiki seçilmisiniz.

Bu münasibətlə səmimi təbriklərimi qəbul edin. Rusiya Elmlər Akademiyasının adından Sizə yaradıcılıq nailiyyətləri arzulayıram.

Əminəm ki, birgə fəaliyyətimiz ölkələrimiz arasında gələcək səmərəli əməkdaşlığa töhfə verəcək.

 

Dərin hörmətlə,

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik A.M.Sergeyev”.