Amerikalı kürəkən” yenidən Akademik Musiqili Teatrın səhnəsinə qayıdır

“Üç illik fasilədən sonra ilk dəfə 18 iyun saat 19:00-da

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Amerikalı kürəkən” tamaşası  yenidən oynanılacaq. ​

Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və  görkəmli bəstəkar,  Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti, "Şöhrət” ordenli  professor  İlham Namiq Kamaldır.

`     Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılacaq.

Səhnə əsərində rolları  xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova,​ ​Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər​ Əlizadə, İqrar Salamov, aktyorlar​ Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev,  Gültac Əlili, Ruslan​ Mürsəlov, Gülnarə​ Əzizova, Nigar​ Qarayeva, Mehriban Rəcəbova ifa edəcəklər.

       "Amerikalı kürəkən" tamaşasına baxmaq istəyən hər kəs biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə edə bilər. Kollektiv sifarişlər  qəbul olunur.