«AVROPA BİRLİYİNİN MÜSTƏQİL OLMASI ABŞ İMPERİYASINA TƏHLÜKƏDİR

ABŞ-ın imperiya siyasətinin nəticəsi olaraq dünya iqtisad-siyasi sisteminin çökməsi, Rusiya-Ukrayna münaqişəsinə səbəb olmasına və s. dair Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin düşüncələrini oxucularımıza təqdim edirik:

-Qeyd edim ki, dövlətin, cəmiyyətin idarə edilməsində ideologiya xüsusi əhəmiyyət daşıyır. Hər bir ideologiya cəmiyyəti idarə etmək üçün bir konsepsiyadır, dövlətlərin və cəmiyyətlərin idarə olunmasında diktatorizim, avtoritarizim, sosializim, dünyəvilik kimi metodlar tətbiq edilmişdir və edilməkdədir. Bu baxımdan tarixdə müxtəlif qurluşa malik olan imperiyalar olub, hər bir imperiyanın yüksəlişi olduğu kimi, çöküşü də olur. Müasir dövrümüzdə ABŞ demokratiya ideyası adı  altında klassik imperiya yaratmışdır. Bu imperatorluğun ideyaca “demokratiya-insan haqları, söz azadlığı” kimi bəşəri dəyərlərlə maskalanmış, mahiyyət etibarı ilə isə vəhşi kapitalizimdir. Eyni zamanda, ABŞ dünya maliyyə sektorunda valutası olar dolların imperatorluğunu möhkəmləndirmək baxımından demokratiya-insan haqları  ideologiyasından məqsədinə çatmaq üçün vasitə kimi istifadə etməkdədir, bu istiqamətdə fəaliyyətlərini gücləndirməkdədir. Birləşmiş Ştatlar imperiyanın hüdudlarını genişləndirmək üçün demokratiya bayrağı altında işğalçılıq siyasətini həyata keçirməkdədir. Buna misal olaraq Gürcüstan, Ukrayna, Ərəb dövlətlərində rəngli inqilablar etməklə dövlət çevrilişləri həyata keçirir, dövlətləri işğal edərək öz imperatorluğunun təsir darəsinə salır, həmin dövlətlərdən məqsədləri üçün istifadə edir.

- Bu gün Ukraynada baş verən hadisələr doğrudanmı ABŞ-ın imperatorluğunu qorumaq və hüdudlarını genişləndirmək planının tərkib hissəsidir?

-Bilirsiniz, ABŞ imperiyasını qorumaq üçün NATO blokundan mühafizə səpəri kimi istifadə etməkdədir. Yəni, Avropa Birliyi (AB) son on illikdə ABŞ-ın nəzarət sferasından uzaqlaşmaq, həm siyasi, həm iqtisadi, həm də maliyyə cəhətdən tam müstəqillik əldə etmək üçün çalışırdı. Lakin AB-nin müstəqil olması ABŞ imperiyasına təhlükədir. Bu baxımdan ABŞ  Rusiya-Ukrayna münaqişəsini başlatmaqla  Avropanı öz təsir darəsində saxladı, eyni zamanda imperatorluğun genişlənməsinə mane olan Rusiyanı zəiflətmək kimi böyük sanksiya layihələrini işə saldı. ABŞ-n təhriki ilə başlanan Rusiya-Ukrayna münaqiəsi dünyanı həm siyasi, həm iqtisadi, həm də maliyyə baxımdan çalxaladı, bununla da illərlə qurulmuş dünya iqtisadi-siyasi sistemi pozuldu. ABŞ imperiyanı genişləndirmək üçün beynəlxalq qanunları nümayişkəranə  tapdalayıraq dünya sistemini pozdu.

Məsələn, İraq dövlətini heç bir əsas olmadan işğal etdi, milyona yaxın dinc əhalini, dövlət başçısını qətilə yetirdi. 2014-cü ildə Ukraynada xalq tərəfindən seçilmiş prezidenti devirib öz adamlarını hakimiyyətə gətirməklə Ukrananın süverenliyini pozdu, ABŞ maraqlarına tabe olmayan Ərəb dövlətlərində “rəngli inqilablar” edərək dövlətlərin suverenliyini pozdu. Həmçinin hakimiyyət dəyşirikliyi etdi və dövlətləri demokratiya adı altında işğal etdi. ABŞ-ın imperiya marağından qaynaqlanan siyasəti dünya iqtisadiyyatını çökdürüməkdədir, yəni siyasət iqtisadiyyatı çökdürür. Nəticədə dünyanın iqtisadi-siyasi sistemində xaos yaranır, dünya iqtisadiyyatında nə qədər xaos yaranırsa, ABŞ dollarına bir o qədər təlabat artır, nəticədə dolların imperatorluğu möhkəmlənir. Bu illər ərzində dünya ticarətində aparılan əməliyyatın təxminən 65 faizi dollar üzərindən aparılır. AB-nin müstəqil maliyyə siyasəti, yəni avronun dollara nisbətən möhkəmlənməsi dolların maliyyə imperatorluğuna təhlükə yatadırdı. Rusiya-Ukrayna münaqişəsinin başlanması ilə AB-də yaranan iqtisadi böhran getdikcə böyüməkdədir, bu da avronun dollara nisbətən sürətlə dəyərdən düşməsinə səbəb olur. ABŞ-ın ortaya qoyduğu siyasi məqsədlər buna gətirib çıxartdı...