“Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həmin mərkəzin digər iki üzvü - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Gültəkin Hacıbəyli haqqında səsləndirdiyi ittihamlar AXCP ilə Müsavat arasında uzun müddətdir davam edən intriqaların növbəti təzahürüdür”. Bu fikirləri Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun AXCP sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqında ittihamları özündə əks etdirən səsyazısının yayılmasına münasibət bildirərkən söyləyib.
Partiya sədri qeyd edib ki, eyni düşərgədə təmsil olunsalar da, AXCP ilə Müsavat partiyası arasında sağlam rəqabət deyil intriqa səviyyəsində çəkişmələr, qarşılıqlı ittihamlar uzun müddətdir ki, davam edir, bir çox hallarda düşmənçilik səviyyəsində təzahür edir. Məlumdur ki, Tofiq Yaqubli uzun müddətdir ki, Milli Şuranın rəhbərliyində öz fəallığı və Ə.Kərimliyə yaxınlığı ilə seçilir. İndi Tofiq Yaqublu tərəfindən yeni ittihamların səslənməsi hər iki partiya arasındakı münasibətlərin növbəti dəfə daha da gərginləşdiyini biruzə verir. Bu fakt həm də özünü “ana müxalifət”, “real müxalifət” hesab edən qruplaşmanın əsl vəziyyətini göstərir, həmin qruplaşmanın daxilində qarşılıqlı ittihamları şərtləndirən ümidsizlik və inamsızlıq yaşandığını təsdiq edir – deyə Q.Əlibəyli öz fikrini yekunlaşdırıb.
© 2020 - Created by İLK XEBER.