Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezident Adminstrasiyası rum tərəfinin Kıbrıs Türk itkin ailələrinin acılarını yeniləmək bahasına rum polisinə verdiyi ifadələrə və günahkarların təsbit edilməsinə rəğmən onlara qarşı cinayət işi açmaqdan imtina etdiyi gerçəyini yenidən vurğulmaq istədiklərini qeyd edib.
İlkxeber.org-nun məlumatına görə, Prezident Adminstrasiyasından verilən yazılı açıqlamada xatırladılıb ki, KKTC prezidenti Ersin Tatar aprelin 7-də BMT-nin Məcburi və ya Məcburi İtkinlər üzrə İşçi Qrupunun sədri, müavini və üzvünü qəbul edib.
Ersin Tatar İşçi Qrupun üzvlərinə 1963-74-cü illərdə əksəriyyəti mülki əhalidən olan Kıbrıs türklərinin evlərindən, iş yerlərindən və xəstəxanalarından yunan polisi və milisləri tərəfindən qaçırıldığını bildirib.
“Prezidentimiz KKTC-nin itkin düşmüş şəxslərlə bağlı vəzifə və öhdəliklərimizi yerinə yetirmək iradəsini təsdiqlədi və İtkin Şəxslər Komitəsinin (İŞK) işinə real töhfələrimiz və qurumun itkinlərin müəyyən edilməsindən sonra aparılan araşdırmalar haqqında məlumat verdi", - deyə məlumatda bildirilib.
İşçi qrupuna məlumat verilib ki, rum tərəfi itkin düşənlər məsələsinin yalnız onalrın itkinlərindən ibarət olduğu görüntüsünü yaradır və Türkiyə tərəfini ittiham edən təbliğatla beynəlxalq ictimaiyyətin Kıbrıs türklərinin itkin düşməsinə nəzarət etməsinə mane olmağa çalışır. Bu kontekstdə Kıbrıs türklərinin Atlılardakı kütləvi məzarının hələ də İŞK tərəfindən açıla bilməməsinin səbəbinin rum tərəfinin maneə törətməsi olduğu vurğulanıb.
© 2020 - Created by İLK XEBER.