“Zavodun bütün ərazisi əvvəlcə yüksək partlayıcı FAB-3000 hava bombaları ilə darmadağın ediləcək, sonra isə...”
Rusiya Müdafiə Nazirliyinin Mariupoldakı “Azovstal” zavodunda mühasirədəkiləri təslim olmağa çağırması təklifi rədd edilib. Müdafiə Nazirliyinin təklifinə əsasən, Moskva vaxtı ilə bu gün səhər saat 05:00-dan etibarən tərəflərin əlaqələri qurulmalı, saat 05:30-dan etibarən tam sükut rejimi fəaliyyətə başlamalı, 06:00-dan etibarən mühasirədə olanların təhlükəsiz çıxışı həyata keçirilməli idi.
Təslim olmaq üçün saat 13.00-a qədər vaxt verilsə də, Rusiyanın təklifi havada qalıb. Bildirilir ki, Kiyev hakimiyyəti mühasirədəkiləri təslim olmamağa çağırıb. Rusiya Müdafiə Nazirliyi radio- dinləmələrindən öyrənib ki, Kiyevdən silahı yerə qoymaq istəyənlərin güllələnməsi əmri verilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, mühasirədə olanlar “Azovstal”ın ərazisindəki yeraltı anbarlarda gizlənirlər və onların arasında ən azı 400-dən çox əcnəbi muzdlu da var. “Lakin tezliklə onların sığındıqları yer cəhənnəmə çevriləcək”,-deyə əməliyyatın təfərrüatından məlumatlı olan kp.ru saytı yazır. Bildirilir ki, zirzəmilərdə gizlənənlərə basqın edilməyəcək. Çünki zirzəmilərdə dəhlizlər dardır və minalanıb. “Buna görə də, zavodun bütün ərazisi əvvəlcə yüksək partlayıcı FAB-3000 hava bombaları ilə darmadağın ediləcək və bu bombalar uzaq mənzilli səsdən sürətli Tu-22M3 bombardmançıları tərəfindən atılacaq. Belə bombalar zirzəmiləri dağıdacaq.
Bu silah Suriyada katakombalarda gizlənən terrorçularla mübarizədə özünü çox yaxşı sübut edib. Əvvəlcə raket mərmisi tavanı yarıb otaqda partlayır. Bir neçə saniyə ərzində partlayıcı qarışıq hava ilə qarış. O, praktiki olaraq bütün oksigeni udur və hədəfin gizləndiyi yerlərə, ən kiçik çatlara və hətta yaxınlıqdakı hər kəsin ağciyərlərinə sürətlə nüfuz edir. Bundan sonra ikinci partlayış baş verir. Bu cür silahlardan “Azovstal”da istifadə etmək olar, çünki yaxınlıqda yaşayış binaları və sosial müəssisələr yoxdur” deyə, kp.ru-nun xəbərində deyilir. Saytın məlumatına hər hansı rəsmi reaksiya isə yoxdur.