"Beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışırlar."
Bunu erməni parlamentində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşları İrəvanın belə mövqeyinin Ermənistanın özü üçün böyük təhlükə olduğunu bildirirlər.
“Bu gün beynəlxalq ictimaiyyət bizə deyir: Azərbaycanın ərazi bütövlüyünü tanıyın və siz Ermənistan ətrafında daha böyük beynəlxalq konsolidasiyaya malik olacaqsınız, əks halda biz sizdən ümidlərinizi bizə bağlamamağınızı xahiş edirik. Biz sizə kömək etmək istəmirik. Bu səbəbdən də Ermənistan üçün sülhün alternativi yoxdur", - deyə Paşinyan qeyd edib.
© 2020 - Created by İLK XEBER.