Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) prezidentinin keçmiş baş müşaviri və elmi işçi Ata Atun “Haber7”də yazdığı köşə yazısında İsrail və Türkiyə arasında artan münasibətlərin KKTC-yə də təsir edəcəyini yazıb.
İlkxeber.org xəbər verir ki, İsrail qazının KKTC-dən keçə biləcəyinə diqqət çəkən Atun, mümkün marşrutlara toxunaraq, “kiprli rumlar ABŞ və AB-ni istədikləri qədər çəkməyə, Türkiyəni yan keçərək səmərəsiz layihələri tətbiq etməyə çalışsalar da, dəyişən konyuktur dünya bu spoylerləri aradan qaldıracaq. Görünür, türk və israilli texniklər birinci layihənin daha ucuz və zəmanətli olması fikrində deyillər. Məncə, iqtisadi səbəb həm də siyasətin müəyyənedicisi olacaq və əgər bu layihə həyata keçirildikdə, Türkiyə-İsrail münasibətlərinin yüksək səviyyəsi ilə yanaşı, KKTC-İsrail münasibətləri də çox yüksək səviyyəyə yüksələcək. Avropa İttifaqı və KKTC-nin baxışı və yanaşması istər-istəməz dəyişəcək", deyib.
Ata Atunun yazdığı məqalədə deyilir:
"2013-cü ildən Kipr Rum Administrasiyasının rəhbəri seçilən Anastasiades Afrodita və Qlafkos bölgələrindən gələcək təbii qazın İsraillə birləşərək Yunanıstan üzərindən Avropaya getməsini xəyal edir və bu iş üçün çalışırdı.
İsrail, İordaniya və Misirlə Türkiyə əleyhinə ittifaqlar qurdu, Türkiyəni və Kıbrıs türklərini qorxutmağa çalışdı, milyonlar xərclədi və “EastMed Natural Gas Pipeline” işlərini gördü. “Tanınan dövlət mənəm, sən deyilsən, mənə məhkumsan” qafası ilə Kıbrıs türklərinə məhəl qoymadan arzularının gerçəkləşəcəyinə tam əmin idi.
Amma işlər onun istədiyi kimi getmədi. O, ilk zərbəni ABŞ-ın Texas ştatında yerləşən Nobel qrupundan, ikinci zərbəni isə İsrailin “Delek” şirkətindən alıb. Həmin şirkətlər bu bölgədə qazın həcminin kiçik və keyfiyyətinin aşağı olduğunu deyərək kəşfiyyat və qazma işlərini dayandırıblar. Daha sonra İtaliyada yerləşən "Eni" şirkəti müqaviləyə uyğun olaraq fəaliyyətini davam etdirməyə başlayıb. Qəsdən girdiyi Türkiyənin Mavi Vətən sularından qovulanda bölgəni tərk edib.
Ən böyük zərbə isə ABŞ-dan gəldi. “ABŞ şirkətləri xəyali layihələrə sərmayə qoymur” deyərək, “EastMed Təbii Qaz Boru Kəməri”nin həyata keçirilə bilməyəcək qədər qeyri-ciddi olduğunu və layihə üzərində xətt çəkildiyini izah etdi.
Bölgədə baş verən hadisələr Anastasiadisə daha bir ümid verdi. ABŞ Dövlət Departamentinin sözçüsü Rusiyanın Ukraynaya hücumundan sonra Şərqi Aralıq dənizindəki enerji ehtiyatlarının daha çox əhəmiyyət kəsb etdiyini və bunun yunanları həyəcanlandırdığını və sevindirdiyini bildirib. Bununla belə, sözçünün ABŞ-ın mayeləşdirilmiş təbii qazın (LNG) nəqli və elektrik naqillərinin çəkilməsi layihələrini dəstəkləməyə davam etdiyini bildirməsi onları çox məyus etdi.
© 2020 - Created by İLK XEBER.