Türkiyənin vitse-prezidenti Fuat Oktay 1955-ci il aprelin 1-də Kipr türklərinə qarşı silahlı aksiyalara başlayan EOKA terror təşkilatını lənətləyib.
İlkxeber.org xəbər verir ki, Fuat Oktay bu barədə sosial media hesabındakı paylaşımında yazıb.
“67 il öncə əllərindəki silaha, qəlblərindəki şərə sarılıb, acılarla dolu bir dönəmi başladan Enosisçi EOKA terror təşkilatını lənətləyir, qəhrəman şəhidlərimizi rəhmətlə anıram. Dünən olduğu kimi, bu gün də Kıbrıs Türkü ilə zehniyyəti qaranlıq olanlara qarşı yan-yana, çiyin-çiyinəyik", - deyə o qeyd edib.
© 2020 - Created by İLK XEBER.