Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Yunanıstanın Osmanlı dövlətinə qarşı qiyamının və EOKA-nın silahlı terrora başlamasının ildönümü münasibətilə Kipr rum lideri Nikos Anastasiadis, yunan siyasətçiləri və Yunanıstan səfirinin açıqlamalarına reaksiya verib.
Ilkxeber.org xəbər verir ki, Kipr rum rəhbərliyinin EOKA-nın hərəkətlərini bəyənən və ellinliyi vurğulayan mesajlar verdiyinə diqqət çəkən Tatar, ““Bərabərlik əsasında bir razılaşma anlayışımızdan fərqli olaraq, bütün yaxşı niyyətlərimizlə, onların anlayışı Kiprin yunan adasına çevrilməsi üçün qapını həmişə açıq qoymaqdır. Verdikləri mesaj da məhz budur”, deyib. Tatar, “Əgər o müqavilədə iki bərabər, suveren dövlət desəniz, o qapı onların üzünə bağlıdır”,-deyə bildirib.
Prezident Tatar sözlərini belə davam etdirib:
“Bəli, biz xoş niyyətli saziş istəyirik. Dünyadan, ünsiyyətdən, dialoqdan qopmuş, başımızı quma gömdük deyə, bir anlayışımız yoxdur. Biz həmişə demişik ki, razılaşma istəyirik, sülh istəyirik. Türkiyənin də anlayışı belədir. Baxırsan ki, Yunanıstanla danışıqlar gedir. Orada xoş niyyət də qeyd olunur. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Miçotakis, daha sonra Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə yunan həmkarı ilə görüşüb. Şərqi Aralıq dənizi və Egeydə ədalət və hüquqa əsaslanan barışıq anlayışının inkişaf etdirilməsi üçün səylər var”.
Şərqi Aralıq dənizində karbohidrogenlərin dəyişən geosiyasi vəziyyət və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə konyukturaya görə daha çox əhəmiyyət qazandığını bildirən Tatar, məsələnin Şərqi Aralıq dənizində türk tərəfinin maraqlarını qorumaqla həll edilməli olduğunu qeyd edib.
Ersin Tatar, “Əgər hələ də 1821-ci il ritorikasını təkrarlayır və Ellinizm tərəfdarlarını sevindirəcək mesajlar verirsinizsə, sizin xoş niyyətinizdən şübhələnirəm. Aydındır ki, beyninizdəki razılaşma ellinizmə qapını açıq qoyan və Kıbrıs türklərinin bərabərliyinə hörmət etməyən bir anlayışdır”, deyib.
Kıbrıs türklərinin Türkiyənin yanında olduğunu və Şərqi Aralıq dənizində balansın elementi olduğunu vurğulayan Tatar, Türkiyənin zəmanəti kimi tarixi qazanclardan imtina edilə bilməyəcəyini bildirib.
Yunanıstanın Cənubi Kiprdəki səfirinin sözügedən ildönümündə "zəmanət sistemi ləğv edilmədən və Türkiyə ordusunun tamamilə geri çəkilməsi olmadan uzlaşmalı bir həllin mənasız olacağını müdafiə etdiyini" xatırladan Tatar, "Bu, nailiyyətlərin mahiyyətini təşkil edir. Buradakı haqqımız, qanunumuz və suverenlik əsasında mübarizəmizdir”, deyib.
Tatar Ukraynada baş verənlərin Türkiyənin zəmanətinin Kıbrıs türkləri üçün nə qədər əhəmiyyətli olduğunu göstərdiyini, hətta “artıq zəmanətə ehtiyac yoxdur” deyənlərin də Ukraynadakı vəziyyəti gördükdən sonra fərqli düşünməyə başladığını bildirib.
© 2020 - Created by İLK XEBER.