Parlamentdən yeni hökumətə “yaşıl işıq”

İlkxeber.org – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökuməti artıq rəsmən fəaliyyətə başlaya bilər.

Belə ki, martın 3-də UBP-DP-YDP koalisiyası Cümhuriyyət Məclisindən etimad səsi alıb.

Bununla bağlı məlumatda qeyd edilir ki, səsvermdə 29 millət vəkili yeni hökumət proqramın lehinə, 20-si əleyhinə səsə verib. Bir millət vəkili isə səsverməyə qatılmayıb.

Bildirilib ki, müxalifətdə olan CTP və HP millət vəkilləri yeni proqramın əleyhinə səs veriblər.

Səvermədən sonra çıxış edən baş nazir Faiz Sucuoğlu etimada görə təşəkkür edib. O, bu çətin dövrdə qurulan yeni hökumətin uğur qazanmasını arzulayib.

Onu da qeyd edək ki, parlamentin spikerinin seçilməsi bu gün də baş tutmayıb. Bununla bağlı səsvermə martın 7-nə təxirə salınıb.