Vladimir Putin və İlham Əliyev Müttəfiqlik münasibətləri barədə sənəd imzalayacaqlar

Rusiya prezidenti Vladimir Putin sabah Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. Bu barədə Kremlin yaydığı məlumatda deyilir.

Vladimir Putin və İlham Əliyev Müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalayacaqlar.

"Fevralın 22-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində İlham Əliyevlə danışıqlar aparacaq. Görüşdə ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır”, - Kremlin hesabatında qeyd edilir.

Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Dağlıq Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

Bildirilir ki, danışıqların yekununda Rusiya ilə Azərbaycan arasında Müttəfiqlik  münasibətləri haqda Bəyannamə imzalanacaq. Sənəd iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıracaq.

Virtualaz.org