Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk respublikalarından Rostov vilayətinə gələn hər bir şəxsə 10 min rubl ayrılması barədə göstəriş verib.
APA-nın Moskva müxbirinin məlumatına görə, Putin həmçinin, Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.
Qeyd edək ki, Rostov vilayətində Donetsk və Luqanskdan evakuasiya ilə əlaqədar əməliyyat qərargahı yaradılıb.
© 2020 - Created by İLK XEBER.