Böyük Britaniyanın İcmalar Palatasının sədri Lindsi Hoylun Kıbrısa səfəri zamanı Prezident Adminstrasiyasına dəvət olunmasına baxmayaraq, bu dəvətdən imtina etməsi məyusedicidir.
İlkxeber.org xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Prezident Adminstrasiyasının yaydığı yazılı açıqlamada bildirilib.
Qeyd olunub ki, Sir Lindsi Hoylun Kıbrıs səfəri çərçivəsində görüşə dəvət edildiyi və müxtəlif qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə çağırış etdiyi, Hoylun cavab vermədiyi bildirilib. "Bu dəvət və təmasların yalnız Cənubi Kiprdə olması KKTC tərəfində xəyal qırıqlığına səbəb oldu", -deyə bildirilib.
Bəyanatda həmçinin qeyd olunub:
“Hər dəfə Kıbrısda davamlı barışığın tərəfdarı olduqlarını ifadə edən Böyük Britaniya və onun nümayəndələri Kıbrısda əldə edilmiş bərabər hüquqlara malik hər iki tərəfə, xüsusən də qarant ölkələrdən biri kimi davranmalı olsalar da, Kıbrıs Türk tərəfinin bərabərliyinə riayət edilməməsi qəbuledilməzdir.
İki tərəfə bərabər səs/imkan verilməməsi və təbii/qazanılmış suveren bərabərliyə hörmət edilməməsi Kipr adasında və bölgəmizdə lazım olan əməkdaşlığa, təhlükəsizliyə və sabitliyə deyil, davam etdirilməz olduğu qəbul edilən status-kvonun davamına xidmət etməkdədir.
Əgər Birləşmiş Krallıq Kiprdə ədalətli, real və davamlı barışığın müdafiəsi ilə bağlı bəyanatlarında səmimidirsə, dialoq və təmaslarında tərəflərin mütləq bərabərliyi prinsipinə riayət edən bir mövqe tutmalıdır".
© 2020 - Created by İLK XEBER.