Ukrayna-Rusiya sərhədində artıq üç aydan çoxdur ki, mürəkkəb vəziyyət müşahidə olunur. Lakin bu böhranın Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə çevrilə biləcəyi haqda söhbətlər vəziyyətin gərginləşməyinə hesablanmış cəhdlərdən başqa bir şey deyil.
Bu fikirləri İlkxeber.-org Ukraynanın Vətəndaş Diplomatiyası Fondunun direktoru Anton Nayçuk bildirib.
"Ukrayna ətrafında gərginliyin daha da artmasına xidmət edən amillərdən biri cümə axşamı start götürən “İttifaq qətiyyəti-2022” Rusiya-Belarus hərbi manevrləri olub. Bu təlimlər rəsmi Kiyev tərəfindən potensial təhlükə kimi qəbul edilir. Amma əslində heç bir tərəf silah tətbiq etmək istəmir. Ukrayna hökuməti hazırkı böhranın siyasi həllinə daha çox maraq göstərir", - deyə ukraynalı ekspert qeyd edib.
© 2020 - Created by İLK XEBER.