Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 11-də Təhlükəsizlik Şurasının iclasını keçirib, iclasda Rusiyanın MDB ölkələri ilə münasibətləri müzakirə edib. Bu barədə Kremlin rəsmi saytı bildirir.
“Son hadisələr göstərir ki, bütün bu işlər (postsovet məkanında, - red.) müsbət nəticə verir, bu işlər gərəklidir. Biz bu gün o haqda danışacağıq ki, son illərdə bu istiqamətdə yaradılmış mexanizmləri necə təkmilləşdirmək olar”, - Putin bildirib.
“Bizim burada çoxlu təşəbbüslərimiz, aparıcı tərəfdaşlarımızla çox yaxşı dialoqumuz var”, - Rusiya prezidenti əlavə edib. Putin vurğulayıb ki, söhbət Rusiyanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə tərəfdaş-ölkələrindən gedir.
virtualaz.org
© 2020 - Created by İLK XEBER.