Gərginliyin azaldılması məqsədilə BMT sülhməramlı missiyasının Rusiya və Ukrayna sərhədinə yerləşdirilməsi müzakirə edilmir.
İlkxeber.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev deyib.
“Sülhməramlılar Ukraynadaxili münaqişədə heç nəyi həll etməyəcək. Ukraynalılar Luqansk və Donetskdəki qurumlarla danışmalıdırlar. Minsk razılaşmalarının və 2202 saylı qətnamənin yerinə yetirilməsi müzakirə olunur, sülhməramlılar haqqında heç nə deyilmir”, - Ulyanov bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna sərhədinə sülhməramlıların gətirilməsi məsələsi bağlanıb və əlavə müzakirə predmeti deyil.
© 2020 - Created by İLK XEBER.