Qazaxıstanda Soros Fondu ölkədəki təşklatlara dəstək məqsədilə 100 milyon dollardan çox ianə verib
Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin Qazaxıstanda baş verən son olaylarla bağlı fikirlərini oxucularımıza təqdim edirik:
-KİV-də Qazaxıstan hadisələri barədə müxtəlif şərhlər verilir, ölkə rəhbərliyi, mütəxəsislər baş verən hadisələri xaricdən qaynaqlandığını bəyan edirlər. Siz necə hesab edirsiniz, Qazaxıstan hadisələrinin mənbəyini hardan qaynaqlanır?
- Dünyada iki super dövlət var, bu dövlətlərdən biri ABŞ, digəri isə Rusiyadır. Dünyanın müxtəlif bölgələrində hərbi, siyasi böhran və ya xaos yaranırsa, bu iki dövlətin maraqlarının toqquşmasından qaynaqlanır. İstər yaxın Şərqdə, istər Ukrayna, istər Cənubu Qafqaz, və s. istərsə də, bu yaxınlarda Qazaxıstan baş verənlər bu iki super gücün maraqlarının kəsişməsi ilə bağlıdır.
Bildiyiniz kimi ABŞ Rusiyanı və Çini özünə düşmən elan edib, bu baxımdan Rusiya dövlətinə yaxın olan ölkələrdə “rəngli inqlab”lar edərək hakimiyyəti devrir və özlərinə münasib adamları hakimyyətə gətirirlər. Bir sözlə, demokratiya bayrağı altında həmin dövətləri işğal edirlər, demokratiya ideyası altında girə bilmədiyi bölgələrə ABŞ xaos yolu ilə girir. Məqsəd birdir, həmin dövlətləri işxal edib, onlardan düşmən olan ölkələrin əleyhinə alət kimi istifadə etmək ABŞ-ın siyasi və hərbi strategiyası və taktikasıdır. Qazaxıstan həi Rusiya ilə, həm də Çin dövləyti ilə həmsərhəddir, Qazaxıstan hər iki ölkə ilə yaxşı qonşuluq münasibətində əməkdaşlıq etməkdə idi. ABŞ nə Rusiya ilə, nə də Çinlə birbaşa münaqişəyə girmək istəmədiyindən həmin dövlətlərin qonşuluğunda münaqişə ocağı yrtatmaqla məqsədinə çatmağı planlaşdırır.
Qeyd etmək yerinə düşərdi ki, Türk dilli xalqların inteqrasiyasının nəticəsi olaraq Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, bunun fonunda Türkiyə dövlətinin də regional güc mərkəzinə çevrilməsi, o cümlədən Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması ABŞ dövətini və onun siyasi beyin mərkəzlərini narahat edir. ABŞ-da gözəl anlayırlar ki, Türk dilli xalqlarla Slaviyan xaqlarının birliyi dünyada yeni güc mərkəzi ola bilər ki, bu da ABŞ üçün fəlakət ola bilər. Belə olan təqdirdə Rusiyanı parçalamaq, dünyanın siyasi arenasında götürmək onlar üçün mümkünsüz bir şey olacaq.
ABŞ salavyan birliyini parçalamaq üçün Ukraynanı demokratiya bayrağı adı altında işğal etdi və onlardan Rusiya əleyhinə istifadə etməkdədir. Bildiyiniz kimi türk dilli xalqların lokamativ dövləti Türkiyədir. Prezident Ərdoğanın türk dilli xalqların birliyi üçün gördüyü içlər, eyni zamanda bu dövlətin Rusiya ilmə münasibətlərini yüksələn xətlə inkişafına nail olması, Rusiya prezident Putinlə şəxsi dostluğu ABŞ dövlətini çox narahat edir.
2016-cı il 15 iyul tarixində hərbi yolla prezident Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdini plaplanlaşdıranlar ABŞ tərəfindən himayə edilən şəxslər olmuşdur. Məqsəd bir idi türk dilli xalqların birliyinin qarşısını almaq, eyni zamanda Rusiya ilə Türkiyənin əlaqələrini kəsmək.
ABŞ analitikləri yaxşı anlayır ki, Orta Asiya respublikalarında Rusiyanın siyasi nüfuzu kifayət qədər güclüdür, eyni zamanda bu bölgədə Türkiyə dövlətinin nüfuzu artmaqdadır, bu hadisə ABŞ rəsmilərini narahat etməkdədir. Bu baxımdan Orta Asiya respublikalarında hərc-mərcliyin yaranması ABŞ-ın maraqlarına uyğun gəlir. ABŞ-ın demokratiya yolu ilə ələ keçirə bilmədiyi bölgələri xaos yaratmaqla ələ keçirmək planlaşdırır.
Haşiyə çıxım, ABŞ-ın Taliban liderləri ilə gizli sövdələşmələri, silahlı qüvvələrini Əfqanıstandan tələm tələsik çıxarması, milyatdlarla dollar dəyərində silah sursatı, müasir hərbi texnikanı terrorçu kimi tanıdığı Taliban təşkilata verməsi onu deməyə əsas verir ki, Orta Asiya regiyonunda radikal dini cərəyanların əli ilə yeni xaos yaradacaq.
Qazaxıstan Orta Asiya ölkələri içərisində siyasi proseslərində fəal iştirak edən dövlətlərdən biridir. Bu dövlət istər MDB, istər Avrasiya İqtisadi Birliyində, istər Şanxay Əməkdaşlıq Təşkilatı İstərsə də Türk Dövlətləri Təşkilatında siyasi fəallığı ilə seçilən oyunçulardan biridir.
Qazaxıstan qonşusu olan Rusiya dövləti ilə ən yaxın mütəfiqlərindən biridir, bu müttəfiqlik həm siyasi, həm hərbi, həm də iqtisadi sahəni əhatə edir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji hədəflərini müəyyən etmiş bir dünyəvi dövlətdir.
Qazaxıstanda mütəşəkil şəkildə təşkil edilmiş xaos - ixtişaş kimin və hansı dövlətin maraqlarına uyğun gəlir? Yuxarıda qeyd etdiyim kimi iki super dövlətlərdən biri Rusiya ilə Qazaxıstan arasında münasibət iki tərəfli və çox tərəfli əlaqələr çox yaxşıdır, bu baxımdan Qazaxıstan xaosun olması Rusiyanın maraqlarına uyğun deyil.
Qazaxıstan xaos və ixtişaşı təşkil edən mütəşəkkil dəstəni idarə edənlərin məqsədi kütlənin enerjisindən maksimum istifadə edərək dövləti sarsıtmaq, hakimiyyət böhranı yaratmaq və nəticədə dövlət çevirişi həyata keçirməli idi. Təşkilatçıların niyyəti baş tutsaydı bu zaman Qazaxıstan siyasi hakimiyyər anti Rusiya və anti Türkiyə istiqamət alacağı şübhəsiz olacaqdı. Qazaxıstanı Rusiya və Türkiyə əlehinə istifadə etmək ABŞ-ın maraqlarına uyğun gəlir.
Belə bir məlumat verilir ki, Amerikanın Qazaxıstanın qeyri-kommersiya təşkilatlarına demokratiyanın inkişafı üçün ayırdığı qrantlar bu ölkədəki hazırki etirazların təşkilində müəyyən rol oynaya bilər. Bu sözləri ABŞ-ın Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen deyib. Britaniyanın 85-dən çox qeyri-kommersiya təşkilatı Qazaxıstanda fəaliyyətdədir və vətəndaş cəmiyyəti və hüququn aliliyi üçün kifayət qədər vəsait ayırır. ABŞ və Avropa ölkələrinin maliyyələşdirdiyi vətəndaş cəmiyyəti təşkilatlarının sayının 38 min olduğu deyilir.
"Oyan Qazaxıstan”ın hərəkat dünyanın bir çox yerində xaos və münaqişələrin maliyyəçisi kimi görünən Soros Fondundan dəstək alır. Qazaxıstanda 1995-ci ildən fəaliyyət göstərən Soros Fondu ölkədəki təşkilatlara dəstək məqsədilə 100 milyon dollardan çox ianə verib. “Oyan Qazaxıstan” hərəkatının təsis bəyannaməsi də dördü Soros Fondunun və digər xarici mərkəzin fəal üzvü olan 5 şəxs tərəfindən təqdim edilib. Soros fondu ilə əlaqəsi olan daha bir şəxs keçmiş energetika naziri Muxtar Ablyazovun adı hallanmaqdadı. O, Qazaxıstandakı aksiyalara rəhbərlik etmək istədiyini də açıqlayıb. Keçmiş nazir bildirib ki, məqsədləri Nazarbayev rejimini tamamilə devirməkdir. Bildiyiniz kimi Nazarbayevin Rusiya ilə münasibəti çox yaxşı olub, bunu Putin dəfələrlə bəyan etmişdi.
Qazaxıstan prezidentinin KTMT-yə müraciəti onu deməyə əsas verir ki, orduya inamsızlıq olub. Görünür, Qazaxıstan prezidentinin onu devirmək istəyən xarici qüvvələrin ordu içərisindədə əvvəlcədən işlər gördüyünü bilib. İxtişaşı yatırtmaq üçün Qazaxıstan rəhbərliyi ordunun gücündən istifadə etməli idi. Görünür, prezident ordunun ixtişaşçılar tərəfə keçəcəyindən ehtiyat edib. Əgər ordu ixtişaşçılar tərəfə keçsəydi, bu halda hərbi çevrilişin olacağı şübhəsiz olacaqdı, ona görə də prezident KTMT-yə müraciət etmək məcburiyyətində qalıb.
-Bəzi ekspertlər qeyd edirlər ki, Qazaxıstan prezidenti Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti səhv qərar idi, Rusiyanın silahli qüvvələrini işğalçı kimi qələmə verirlər. Bu fikir nə dərəcədə məntiqlidi?
-Tamami ilə yanlış məntiqdir. Qazaxıstanda xarişdən idarə edilən mütəşəkkil dəstənin hakimiyyəti devirməsi an məsələsi idi.
Bildiyiniz kimi Suriya Prezidenti Bəşər Əsədin müraciəti ilə 30 sentyabr 2015-ci ildə Rusiyanın silahlı qüvvələri bu və ya digər formada Suriya ərazsisində terrorçularla mübarizəyə cəlb edildi. Bu illər ərzində Rusiyanın silahlı qüvvələri Əsəd hökumətini dəstəkləmiş, həmçinin terrorçu qruplaşmaların mövqelərinə zərbələr endirmişdi.
Qazaxıstanda mütəşəkil dəstəni idarə edənlərinin ilkin məqsədi dövləti sarsıtmaq, hakimiyyət böhranı yaratmaq idi, qismən də olsa onlar məqsədlərinə nail olmuşdurlar, hakimiyyəti ələ keçirmək an məsələsi idi. Həmin qüvvələr hakimiyyəti ələ keçirsəydi o zaman Qazaxıstanın xarici siyasəti tamam fərqli istiqamətə yönələdilərdi. Bu baxımdan Qazaxıstan prezidenti xarici qüvvələrin ölkədə çevriliş edəcəyini anlamış və KTMT-yə müraciət etmək məcburiyyətində qalmışdı. Dövləti qorumaq birbaşa prezidentin vəzifə borcudur, bu baxımdan Qazaxıstan prezidentinin atdığı addım tam məntiqlidir.
İlkin məlumatlara görə, ixtişaşı yatırmaq üçün təxminən 2,5-3 min nəfərdən ibarət sülhməramlı qüvvələrin kontingenti cəlb edilib, bu qüvvələr Rusiyanın, Belarusiyanın, Qırğısıstanın, Taciqistanın və Ermənistanın silahlı qüvvələrindən ibarətdir. Bu prosesdə Rusiyanı işğalçı kimi təqdim etmək ABŞ-dan qaynaqlanır, bu təbliğat bir başa Amerkanın maraqlarına uyğun gəlir.
ABŞ-ın dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəməsindən niyə narahat olduqlarını açıq ifadə edir.
Görünür, KTMT sülh məramlı qüvvələri ABŞ-ın Orta Asiyada o cümlədən Qazaxıstanda planlarını pozdu.
Hesab edirəm ki, Qazaxıstanda stabillik, əmin-amanlıq bərpa edildikdən sonra sülh məramlı qüvvələrin öz ölkələrinə qayıdacağı şübhəsiz olacaq.
© 2020 - Created by İLK XEBER.