Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin yanvarın 10-da onlayn müzakirəsində Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsi arasında məntiqsiz paralel apararaq bunları dedi: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağda 44 günlük müharibədə kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”. Bununla Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərdi.
İlkxeber.org xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin geniş təhlilində əksini tapıb.
Təhlildə qeyd edilib ki, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib:
“Təsadüfi deyil ki, Paşinyan “Qazaxıstanla Azərbaycan arasında paralellər apararkən”, erməni saytları dezinformasiya yayaraq guya Azərbaycan hərbçilərinin Qarabağda dinc sakinləri atəşə tutması xəbərini yayırdı. Dezinformasiyanın məqsədi aydındır. Ermənistan hakimiyyəti Qazaxıstandakı “xidmətinin əvəzində” Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onların da “dərdinə” şərik çıxmasını istəyir”.
© 2020 - Created by İLK XEBER.