Koronavirus infeksiyası pandemiyası fonunda bir sıra ölkələrdə ksenofobiya, islamofobiya və radikalizm zəminində cinayətkarlığın təhlükəli artım tendensiyası qeydə alınır. Bu vəziyyətdə müsəlmanların birliyi və qarşılıqlı dəstəyi xüsusilə əhəmiyyətlidir.
Ilkxeber.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Çikaqoda Amerika Müsəlman Cəmiyyəti (MAS) və Şimali Amerika İslam Birliyinin (ICNA) 20-ci illik birgə konqresinin iştirakçılarına videomüraciətində deyilir.
Türkiyə dövlətinin başçısı müsəlmanları ümidsiz olmamağa və problemlərlə qətiyyətlə mübarizə aparmağa çağırıb. “Ümmətdə (camaatda) etnik və mədəni zəmində parçalanmaya yol verməmək çox vacibdir. Etnik mənsubiyyətindən və mədəniyyətindən, üslubundan və dəri rəngindən asılı olmayaraq, bütün müsəlmanlar qardaşdır!”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti vurğulayıb ki, İslamda fitnə və terrora yer yoxdur və ola da bilməz. Dövrümüzün artan çağırışları fonunda müsəlmanlar özlərindən uzaqlaşmamalı və öz güclərinə inanaraq cəmiyyətdə layiqli yer tutmağa çalışmalıdırlar”, - Türkiyə lideri bildirib.
Dövlət başçısı pandemiya zamanı işini itirmiş insanlara yardımın vacibliyini də qeyd edib.
© 2020 - Created by İLK XEBER.