Şok müharibə anonsu: Hər an vəziyyət pisləşə bilər və...

ABŞ regionda Rusiya təhlükəsinin artmasını, COVID-19 pandemiyasını, bəzi bölgələrdə artan cinayət və vətəndaş iğtişaşlarını əsas gətirərək öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinmələri barədə xəbərdarlıq edib.

Ilkxeber.org Publika.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bəyanat yayıb.

“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı böyük hərbi əməliyyata hazırlaşdığından xəbərdar olmalıdırlar. ABŞ vətəndaşlarına xatırladılır ki, Ukrayna sərhədləri boyunca, xüsusilə də Rusiyanın ilhaq etdiyi Krımda və Rusiyanın nəzarətində olan Ukraynanın şərqində təhlükəsizlik şəraitinin necə olacağını əvvəlcədən görmək olmur və hər an bu vəziyyət pisləşə bilər”, - bəyanatda deyilir.

Həmçinin vurğulanıb ki, Ukraynaya səyahət etməyi düşünən ABŞ vətəndaşları bilməlidirlər ki, Rusiyanın Ukraynanın istənilən yerindəki hərbi əməliyyatı ölkədən çıxmaq istəyən ABŞ vətəndaşlarına yardım da daxil olmaqla, konsulluq xidmətləri göstərmək qabiliyyətinə ciddi təsir göstərəcək.

Musavat.com