Brüsseldə keçirilən üçtərəfli görüşdə Azərbaycanla dəmir yolunun yenidən işə salınmasına dair razılaşma təsdiqlənib.
İlkxeber.org xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, dəmir yolu ölkələrin suverenliyi və yurisdiksiyası altında, qarşılıqlı prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydalarına uyğun olaraq fəaliyyət göstərəcək.
“Ermənistan dəmir yolu ilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək. Biz də təmasları davam etdirmək barədə razılığa gəldik”, - Paşinyan bildirib.
© 2020 - Created by İLK XEBER.