Bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov hüquq müdafiəçiləri - Rüfət Səfərov, Zəfər Əhmədov, Əlayif Həsənov və Zaur Əkbərlə görüşüb.
Üç saat davam edən görüşdə nazir müavini general-leytenantı İsmət Əliyev, Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini polis polkovniki Vüqar Ələkbərov və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib, hüquq müdafiəçiləri tərəfindən təkliflər irəli sürülüb, geniş fikir mübadiləsi aparılıb.