Qarik Keryan: "Aya uçmaq istəyiriksə Türkiyə və Azərbaycana düşmən olaq.Yox istəmiriksə…"

Cənubi Qafqazda “3+3” regional əməkdaşlıq platformasında ilk iclas Gürcüstanın iştirakı olmadan baş tutdu.Azərbaycanı bu görüşdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov təmsil etdi. Keçirilən görüşlə bağlı cənab Xələfov bəyan etdi ki,qarşıdakı görüşlərin keçirilməsi üçün müəyyən razılıqlar əldə edilib. Maraqlısı budur ki, müstəqillik əldə etdikdən sonar.Ermənistan ilk dəfə regional problemlərin aradan qaldırılması üçün yaradılan bir platformada iştirak edir. Amma hələ də Ermənistanda bəzi qüvvələr regionda sülhün və sabitliyin.regional iqtisadi inkişafın müxtəlif platformalarda müzakirəsi ilə mümkünlüyünü anlamaqda güclük çəkirlər.Ancaq buna baxmayaraq rəsmi irəvanın “3+3”formatında baş verən görüşlərə ciddi yanaşanlar da vardır.

Erməni politoloq Qarik Keryan erməni mediasına açıqlamasında bildirib ki, Ermənistan regional təcriddən çıxmaq üçün “3+3” danışıqlar kvotasında iştirak etməli, qonşu dövlətlərlə, o cümlədən Türkiyə və Azərbaycanla birgə yaşamağın yolunu tapmalıdır.

Digər bir siyasi analtik siyasi elmlər doktoru, professor Qarik Keryan da öz növbəsində bildirib ki, Ermənistan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra 30 ildən sonra Ermənistan regional əməkdaşlığın bütün ölçülərindən kənarda qalıb. Dağlıq Qarabağ münaqişəsi səbəbindən Ermənistanın enerji, siyasi, iqtisadi və digər əməkdaşlıq platformalarından kənarda qaldı. Yeganə istisna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır ki, bu da əslində “yarı ölü strukturdur”.

Ona görə də Qarik Keryanın fikrincə, Ermənistan regionun inteqrasiyasında “pozucu amil” kimi maniələr yaratmamamlı,regional təcriddən çıxmaq üçün regional müzakirələrin bu ölçüsündə iştirak etməlidir.

“Düşmən ölkələrimiz olan Türkiyə və Azərbaycanın bu ölçüdə olduğunu nəzərdə tuturuqsa, biz onlara qoşulub bununla cəzalandırmayacağıq, bu, uşaq sadəlövhlüyü olar.Çünki bu iki ölkənin olduğu yerdə biz olmalıyıq. Görüşmək, danışmaq, nəyisə müzakirə etmək üçün əlavə platformadır. Bir mütəxəssis kimi mənim xarici siyasət konsepsiyam ondan ibarətdir ki, Ermənistan aya uçmaq yox, burada sağ qalmaq istəyirsə, regiondakı bütün qonşularla birgəyaşayış qaydalarını tapmalıdır. Aya uçmaq istəyirsə, problem yoxdur. Amma bu bölgədə ayaqda qalmaq istəyirsə biz bu ölkələrlə birgə yaşamaq üçün qaydalar tapmalıyıq”.

Veteninfo.az