Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirov helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimində Baku.TV-nin əməkdaşına təzyiq göstərdiyinə görə cəzalandırılıb. Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, mərasimdə baş verən insident araşdırılıb, Rövşən Cahangirov hörmətsizlik etdiyinə görə töhmət alıb.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin əməkdaşı, mayor Rövşən Cahangirov Baku.TV internet televiziyasının əməkdaşı Tural Müseibova hücum edib. Hadisə Dövlət Sərhəd Xidmətinin helikopter qəzasında həlak olan zabitləri ilə vida mərasimi zamanı baş verib. Baku.TV-nin müxbiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevə yaxınlaşaraq helikopterin qəzaya uğraması ilə bağlı faciəyə münasibət bildirməyə çalışıb. Lakin mayor Rövşən Cahangirov müxbiri kobud şəkildə itələməyə başlayıb, prosesi lentə alan operatoru isə hətta yumruqla vurub.
© 2020 - Created by İLK XEBER.