İraq şiələrinin yeni lideri milliyyətcə azərbaycanlı din xadimi ola bilər. virtualaz.org xəbər verir ki, bu haqda Türkiyədə nəşr olunan dinçi “Yeni Akit” qəzeti yazır. Bildirilir ki, İraqda şiələrin dini mərkəzlərindən olan və şiə məzhəbi hövzəsini özündə birləşdirən Nəcəfdə dini lider Məhəmməd Səid əl-Hakimin (1934-2021) ölümü və hövzənin lideri olaraq qəbul edilən Əli Sistaninin 91 yaşına çatması yeni liderin kim olacağına dair müzakirələrə səbəb olub.
Hazırda bu posta ən yaxın namizəd azərbaycanlı Məhəmməd Bakir əl-İrəvani olduğu bildirilir. 72 yaşlı əl-İrəvaninin ailəsi Nəcəfdə məşhur və nüfuzlu ailədir, hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhərinin 1820-ci ildə rusların əlinə keçməsindən sonra İraqın Nəcəf şəhərinə köç ediblər. Məhəmməd Bakir əl-İrəvanı azərbaycanca, türkcə bilir və Nəcəfdə vaxtaşırı olaraq şiə məclislərində bu dillərdə mərsiyə oxuyur.
© 2020 - Created by İLK XEBER.