QHT Agentliyi “Qrant Siyasəti” sənədinin ictimai müzakirəsini keçirəcək

19 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.  
 
Ilkxeber.org xəbər verir ki, iclasda Agentliyin “Qrant Siyasəti” sənədi müzakirə olunub. Sənədin qeyri-hökumət təşkilatının iştirakı ilə ictimai müzakirəsinin keçirilməsi və təkliflərin toplanması qərara alınıb.
 
Eyni zamanda iclasda “Maraqlar münaqişəsinin istisna olunması qaydası” layihəsinin və Agentliyin loqotipinin təsdiq olunması məsələlərinə baxılıb və hər iki məsələ ilə əlaqadar qərar qəbul edilib.