"Baş verənlər təsadüfi yox, Ermənistanın siyasi və hərbi rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir"
"Son bir neçə gündə təmas xəttində ermənilərin törətdiyi təxribatçı hərəkətlər Azərbaycanın müvəqqəti işğal altında qalan ərazilərində təxirə salınmadan antiterror əməliyyatlarının aparılmasının zəruriliyinı bir daha şərtləndirir".
Bu fikirlər bu gün səhər vaxtı erməni terrorçusunun Azərbaycan əsgərlərinə qumbara atması və bunun nəticəsində 3 hərbçimizin yaralanmasına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli yə məxsusdur.
Partiya sədrinin fikrincə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinin ziddinə olaraq erməni hərbi dəstələrinin tərksilah olunmaması və Azərbaycan ərazilərindən çıxarılmaması bu cür quldurcasına hücumlara şirnikləndirir. Bir çox hallarda belə təxribatların cəzasız qalması da eməni quldurlarını yeni təxribatlar törətməyə həvəsləndirir.
Bir neçə gün bundan əvvəl erməni hərbçilərinin Qaragöl ətrafına gələrək orada post qurmaq istəmələrini xatırladan Q.Əlibəyli belə təxribatların təsadüfi yox Ermənistanın siyasi və hərbi rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsi olduğu qənaətindədir. Partiya sədri hesab edir ki, Ermənistan bununla Zəngəzur dəhlizinin açılması prosesini ləngitməyə çalışır. Müvəqqəti işğal altında qalan ərazilərimizdə sülhməramlı qüvvə kimi yerləşdirilən rus hərbi kontingenti isə belə təxribatlara şərait yaradır. Buna görə də Azərbaycan dövləti həmin ərazilərdə tezliklə antiterror əməliyyatı keçirərməli, erməni silahlı qüvvələrini tərksilah edib cinayət məsuliyyətinə cəlb edərək mühakimə etməlidir. Müqavimət göstərmək istəyən quldurlar isə dərhal məhv edilməlidir.
© 2020 - Created by İLK XEBER.