Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan baş leytenantı Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb.
İlkxəbər.org-un xəbərinə görə, nazir deyib ki, vaxtilə mərhum V.Məmiyevlə həmsöhbət olub.
"O, mənə Azərbaycana məxsus torpaqları xilas edəcəyinə söz verdi", - H.Akar vurğulayıb.
H.Akar bu zaman gövrəlib və göz yaşlarını saxlaya bilməyib: “Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsil uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”.
Türkiyənin müdafiə naziri şəhid ailələrinə başsağlığı verib, qazilərə şəfa diləyib: "Şəhidlərimizin və qazilərimizin ailələrini heç bir halda əziyyət çəkməməsi üçün biz Türkiyə, sizlər burada Azərbaycan olaraq hər cür fədakarlıq göstərdik və bu istiqamətdə fəaliyyətimiz davam edir.
Şəhidlər və qazilər başımızın tacıdır: “Onların ailələrinin rahat və huzurlu olması bizim üçün çox əhəmiyyətlidir. Onlara hər hansı bir hörmətsizliyi qəbul etməyimiz mümkün deyil. Bunu əksinin edənlər mütləq millətimizin qəlbində mühakimə olunacaq”.
H.Akar çıxışının sonunda “Yaşasın Türkiyə, yaşasın Azərbaycan, yaşasın Azərbaycan və Türkiyənin əbədi qardaşlığı!” şüarını söyləyib.
© 2020 - Created by İLK XEBER.