Bugün Təbrizin yeni ostandarının təqdimat mərasimində insident yaşanıb.
İlkxeber.org Axar.az-a istinadla xəbər verir ki, təqdimat mərasimində yeni ostandar Xürrəm Rezevi çıxış üçün kürsüyə çıxıb. Rezevi çıxışına fars dilində etdiyi üçün etiraz başlayıb, daha sonra Təbriz sakini kürsüyə yaxınlaşaraq, qəfildən onun qulağının dibinə şillə ilişdirib.
Hüquq-mühafizə orqanı əməkdaşları hadisəyə müdaxilə ediblər.
Hadisənin videosunu təqdim edirik:
© 2020 - Created by İLK XEBER.