Ceyhun Musaoğlu
Deyirlər, farslar xaraktercə elə erməniyə oxşayır
“İran adlanan ölkə”. Özü barəsində belə bir fikrin formalaşmasına rəvac verən, deyəsən, cəmi iki ölkə var - İran və Ermənistan. Ermənistan da başqalarınn ərazisi hesabına özünə qondarma dövlət qurub. Çox güman islam ölkəsi ilə xristian ölkəsinin bir-birinə olan isti münasibətinin də kökündə bu amil dayanır. Yoxsa, müsəlmanı özünə ən böyük düşmən hesab edən erməniyə, özünü dünyaya müsəlmanlığın carçısı kimi pərçimləyən farsın sevgisi niyə bu qədər əndazəni aşsın ki?..
Bir amil də var. Deyirlər, farslar xaraktercə elə erməniyə oxşayır. Əgər belədirsə, yazıq onların halına. Belə xarakterə sahib olmaq faciədir.
Biz xain siyasət yürütmürük, dost dediyimizə arxadan xəncər vurmarıq
İndi gələk məsələnin siyasi tərəfinə. İran Azərbaycana qarşı niyə həmişə qeyri-səmimi münasibətdə olub? Halbuki bizi birləşdirən tarixi dəyərlər çoxdur. Onlardan ikisini – dini və İranda yaşayan 40 milyona yaxın azərbyacanlının varlığını göstərə bilərik. Eyni kitaba, eyni Allaha, eyni inanca, eyni tarixi köklərə tapınan iki ölkənin münasibətində daim kataklizimlər yaşanırsa, məntiq sınıb demək. Bu məntiqi kim sındırıb? Sadə cavabı var: Dövlət siyasəti terrorçu düşüncənin məhsulu olan Ermənistan kimi ölkəyə qucaq açan kimdirsə, məntiqi də sındıran odur. Ermənistan bütün Qafqazın, ətrafında olan qonşularının baş bəlasıdır. Bədbəxt dövlət hər yerə torpaq iddiası irəli sürür. Belə məkrli qonşuya sevgi göstərən İran bu mövqeyi ilə Azərbaycnadan çəkindiyini də etiraf etmiş olur. Azərbaycan güclüdür, qalibdir, 30 ildən sonra cəmi 44 günə torpaqlarını işğaldan azad edib. Bu faktlar rəsmi Tehranın canına vəlvələ salıb. - öz arşını ilə ölçür, ona görə. Azərbaycan kiminsə ərazisinə heç vaxt göz dikməyib. Əlbəttə oraların Güney Azərbaycanı var, biz o cənnəti unutmarıq, sadəcə sərhədləri müəyyənləşən ölkələrə toxunmaq da məqbul deyil. Azərbaycan doğru olmayan heç nəyi etmir. Biz xain siyasət yürütmürük, dost dediyimizə arxadan xəncər vurmarıq. Vuruşarıqsa kişi kimi, üz-üzə, göz-gözə vuruşarıq. 44 gün içində bu dəyərimizi də sübuta yetirdik.
İblisə dəstək vermək Allahı inkar etmək deyilmi, ey gündə beş dəfə namaz qılan, Tehran
Yazıqlar olsun ki, İran dilində dediyi ilə əməlindəkini uyğunlaşdırmaqda həmişə çətinlik çəkib. Məhəmməd Xatəmi Xəzər dənizinə Mazandaran gölü demişdi. Ulu öndər Heydər Əliyev bu səhvi ona bağışlamamış, anındaca gerçəyi anlatmışdı.
Bu gedişlə çox uzağa getmək mümkün deyil, cənab Tehran. Ermənistan bütün beynəlxalq qanunları pozaraq azərbaycanlıları öz dədə-baba yurdları olan İrəvandan çıxaranda və bununla da regionda dəhşətli müharibə ocağının əsasını qoyanda İran bu vəhşiliyə müxtəlif vasitələrlə dəstək verdi. Ermənistanın baş naziri Nikol Paşinyanın İranın Ermənistan üçün nəfəslik olduğunu deməsi də təsadüfi deyil. Ermənistan terrorçu dövlətdir, onun nəfəsi haqq tərəfdən kəsiləndə şeytanın süni nəfəs verməsi Allahın hökmünə qarşı çıxmaq deyilmi, ey gündə beş dəfə namaz qılan, Tehran.
Şuşanın işğalında İran fətvası
Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyanın Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla Tehranda görüşünü Ermənistan tərəfindən hazırlayan V. Papazyan Şuşanın işğalı ilə Tehranın vasitəçilik missiyasının əlaqəli olduğunu etiraf edib. O zaman Ermənistan prezidentinin müşaviri işləyən Papazyan mətbuata açıqlamasında bildirdi ki, Şuşanın işğal vaxtı dəyişdirilirdi. Tehrana səfər etməmişdən qabaq prezident Ter-Petrosyandan Papazyan soruşur ki, o, Tehranda olduğu müddətdə Şuşa işğal oluna bilərmi? Ter-Petrosyan “mümkündür” cavabını verir. Şuşa Azərbaycan və Ermənistan rəhbərliyinin Tehran vasitəçiliyi ilə sənəd imzalayan zaman işğal olundu. Sonradan Papazyan İranın o zamankı prezidenti Rəfsəncaniyə Ter-Petrosyan adından məktub aparmaqla vəziyyəti normallaşdırır (Mənbə: http://www.regnum.ru/news/1336881.html). Məktubda nə yazıldığı indi də bəlli deyil”.
Saziş Şuşaya hücumdan bir neçə saat öncə imzalanmışdı. Hər üç ölkə rəhbərinin imzaladığı sənəddə bir həftə ərzində Cənubi Qafqaz regionuna Rəfsəncaninin şəxsi nümayəndəsi Mahmud Vaezinin gəlməsi və aparılan danışıqlardan sonra atəşkəs rejiminin qüvvəyə minməsi, bütün kommunikasiyaların açılması və bütün tərəflərin iqtisadi ehtiyaclarının ödənilməsi nəzərdə tutulurdu. Lakin həmin razılaşma imzalandıqdan bir gün sonra, mayın 8-də pozuldu. Qarabağdakı erməni qüvvələri Şuşanı ələ keçirərək, Tehranda əldə olunmuş razılaşmanın tamamilə qüvvədən düşməsinə səbəb oldu.
Yurdlarımızı işğaldan azad edəndə dəhşətli mənzərə ilə qarşılaşdıq. Ərzilərimizdə sözün əsl mənasında daş daş üstündə qalmamışdı. Məlum oldu ki, Qarabağın daşını, torpağını, evlərin dam örtüklərini iranlılar daşıyıb özlərinə ev tikiblər. Hansı insan başqasının köhnə daşını özünün evinin divarlarına hörər?! Bunun adı görməmişliklə yanaşı, həm də cinayətdir. Oğurluq malı satın alan adam da cinayətə bulaşmış sayılır.
Zəif, savadsız, naşı, primitiv siyasət
İşğal dövründə Ermənistanla İran arasında iqtisadi əlaqələr, birgə layihələr geniş vüsət almağa başlamışdı. Separatçı rejimin inkişafında maraqlı olan qüvvə terrorçu xislətli deyilsə, bəs kimdir? İran Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının inşasına başlamışdı. Körpülərin bir hissəsi o vaxt işğalda olan Azərbaycanın Cəbrayıl rayonu ərazisinə düşmüşdü. Cənab Tehran, sənin nə ixtiyarın var ki, Azərbaycanın ərazisində bizim razılığımız olmadan nələrsə tikirsən. Gediş-gəlişi asanlaşdırmaq istəyirdiniz? Çox zəif, savadsız, naşı, primitiv siyasət yürüdən İran hesablamamışdı ki, bir ildın sonra Azərbaycan öz torpaqlarını işğaldan təmizləyib, fars-erməni əlaqələrinin genişləndirilməsinə xidmət göstərən körpüləri yerlə-yeksan edə bilər. Belə düşüncəsizliklə İranı ancaq viran qoyar fars rəsmiləri.
Bəlkə deyəcəksiz, siyasətdə Allah olmur...
Əlbəttə iki dövlətin münasibətlərindəki çalarlara müdaxilə emək düzgün deyil. Rəsmi səfərlərdə erməni ilə farsın bir-birini tərifləməsi, şənlərinə xoş sözlər, epitetlər söyləməsi onlarn daxili işidir. Sadəcə soruşmamaq da olmur. Regionda ən dəhşətli əclaflıqları gerçəkləşdirən, Xocalıda, Daşaltıda, Xocavənddə, külli Qarabağda soyqırım aktları həyata keçirən Ermənistanla qardaş olanda öpüb alnınza qoyduğunuz müqəddəs kitabı təhqir etdiyinizin, Allaha həqarətlər yağdırdığınızın fərqinə də varmırdız? Bəlkə deyəcəksiz, siyasətdə Allah olmur. Bədbəxtlər, Allah hər yerdə olur, harda haqq var, orda Allah, harda nahaq var, orda iblis olur. Siz də harda haqq var, orda brqərar olursunuz. Desək ki, iblislik edirsiniz, təhqir sayacaqsınız. Hərəkətlərinizə isə veriləcək başqa ad yoxdur.
Ermənistanın xarici işlər nazirinin İrana son səfərinin təfərrüatları barədə geniş danışmağa ehtiyac yoxdur. Azərbaycan Qarabağdakı separatçı ermənilərə yüklər daşıyan İran maşınlarını Gorus-Qafan yolunda necə saxlayıbsa, rəzil gündə yaşayan ermənilərin sözçüsü İrana getməyə məcbur olub, yəqin çıxış yolu da axtarıblar. Çıxış yolunusa adətən Azərbaycan göstərir. Bu dəfə də göstərdi: İcazəmiz olmadan ərazilərimizdə quş da uça bilməz.
İran o günə qalıb ki, ayəthullahların simasında özünü ironik vəziyyətdə təqdm edir. Onlarda Amili var, ağzını açmaq istəyəndə Azərbaycanın sosial şəbəkə istifadəçilərinin hədəfinə elə dəqiqliklə gəlir ki, adamı rəsmən hoydu-hoyduya qoyurlar. Amili kimi dindarlar Azərbaycan əsgərinin dırnağına dəyməz, bizim əhvalımız olmayanda belə dindarlar barədə lətifələr danışmaqla ovqatımızı yüksəldirik.
İran Türkiyə - Azərbaycan - Pakistan qardaşlığından qorxuya düşüb, sərhəddə hərbi təlimlərə başladı. Quru qoşunları komandiri Kiomars Heydari "Xeybər fatehləri" adı altında keçirilən hərbi təlimlərin “bölgədə döyüş hazırlığını artırmaq məqsədi ilə" baş tutduğunu dedi. Hazırlığın “ən yüksək səviyyəsi”nə baxın: İran təlimdə "AH-1 SuperCobra" hücum helikopterindən yanlışlıqla öz texnikalarına atəş açıb, nəticədə 3 əsgəri ağır yaralanıb. Burda deyiblər, “uşaq nədir, fişəng nədir”. Sənin texnikanın səviyyəsindən də xəbərimiz var. İndi beşaçılan zamanəsi deyil. Müharibəni necə apararlar onu Qarabağda göstərdik. Məşq o olardı ki, bizim döyüş videolarına diqqətlə baxıb, taktikaları öyrənərdiz. Digər tərəfdən məhz sənin üçün bölgədə döyüş hazırlığını artırmağa nə ehtiyac var. Kiminlə vuruşacaqsan? Başlamaq istədiyin savaşda kim sənə dəstək olacaq? Ölkəndə yaşayan 40 milyonluq azərbaycanlı bir himə bənddir. Onlara o qədər zülm etmisən ki, ayağa durub başından basmağa fürsət axtarırlar. Əgər Ermənistana güvənirsənsə, bədbəxtlər heç özləri düşdükləri quyudan çıxa bilmirlər.
Azərbaycana savaş açmaq düşüncəsinə düşmək belə, kiminsə cəsarəti üçün deyil
Yaxşı bəs hədəfin kimdir, ay Tehran? Türkiyə sən girən kol deyil, Əfqanıstan onsuz da məhv olub, Türkmənistanla hər hansı problem yaşamırsan, İraqa qarşı müharibə yersizdir, Pakistan hərbi sahədə səndən 10 dəfə güclüdür. Qaldı Azərbaycan. Bizimlə nəinki savaşa qalxamaq bu barədə düşünmək belə kiminsə cəsarəti üçün deyil. Azərbaycan regionun lideridir, sizlər addım atanda bizimlə hesablaşmalısız, nəinki bizə qarşı hər hansı həmlə gerçəkləşdirmək. Əgər İran özünə qarşı hər hansı hücumdan ehtiyat edirsə, buna da ehtiyac yoxdur. Azərbaycan, Türkiyə, Pakistan, Rusiya regionda növbəti münaqişə ocağının yaranmasını istəməz. Başqa tərəfdən isə onsuz da İranın yürütdüyü daxili siyasət uğursuzluğa düçardır. 21-ci əsrdə, əlini Allaha açıb dua edən, ayağı ilə də məzlumu əzən üsul idarə yamaq kimidir, gec tez həmin yamaq cırılacaq.
İranın xarici siyasəti həm də ona görə iflasa uğrayıb ki, özünə dost Ermənistanı seçib. O Ermənistanı ki, bütün dünya bu dövlətin necə rəzil günə düşdüyünü, hər gün də uçurma yuvarlandığını açıq gözlə görür. Əslində İran adlı qonşumuzun belə çıxılmaz duruma düşdüyünü istəməzdik. İşğala məruz qaldığımız dövrdə Yerevanda, Şuşada məscid bərpa edən İran bu əməli ilə hansı manevri edirdi, hələ də özünə aydın deyil. Köhnəlmiş siyasətlə ayaqda durmaq möcüzə olar. Azərbaycan Vətən müharibəsinə başladığı 27 sentyabr tarixində xeyli ərazilərimizi düşməndən təmizlədi. İransa o düşmənə silah-sursat, yanacaq, hərbi təyinatlı yüklər daşıyırdı. Belə də naşı siyasət olar? Uduzan tərəfə bel bağlayan ölkənin beli sınar, bu gerçəyi anlamayacaq qədərmişsən, ay rəsmi Tehran.
Ən qəribəsi odur ki, müharibə Azərbaycanın qələbəsi ilə bitib, ancaq İran Qarabağa qaçaqmalçılıq yolu ilə yanacaq göndərir. Biabırçı tərəf isə ondan ibarətdir ki, bu hərəkəti boynlarına alımırlar. 3 yaşlı uşağın manerası: “Yox, mən eləməmişəm”.
İran regionda həqiqətən təklənib. Viktor Hüqo deyirdi: “Qaliblərin yanında olmaq alicənablıqdır”. İran alicənab ola bilmir. Ərazisi işğal altında olduğu dövrdə əksər müsəlman ölkələri Azərbaycana dəstək verir, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, hətta Cibuti belə Ermənistanla diplomatik əlaqələr qurmur. Müsəlman aləmində yalnız İran qatı ermənipərəst siyasət yürüdür və bunu nümayəşkəranə şəkildə, açıq-açığa öz əməlləri ilə sübut edir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün dünyada İranın Ermənistandan başqa dostu yoxdur. İran Qərbə, Şərqə, islam ölkələrinə, xristian dövlətlərinə, düşmən gözü ilə baxır. Bunun adı “aqoniyadır”.
Azərbaycanın daxili işinə qarışanlar həmişə layiqli cavablarını alıblar
Utancvericidir. İran unudur ki, Azərbaycan heç vaxt öz ərazisindən üçüncü ölkələrin İrana qarşı istifadə etməsinə imkan verməyib, bununla bağlı ən yüksək səviyyədə mövqe bildirilib. Bununla yanaşı, Azərbaycan heç vaxt heç bir ölkəyə öz daxili işlərinə qarışmağa da imkan verməyib və buna cəhd gəstərənlər də layiqli cavablarını alıblar. İran rəsmiləri də öz mənasız və populist bəyanatlarında bu reallıqları nəzərə almalıdırlar.
Azərbaycan Prezidenti, qalib Ali Baş Komandan 4 oktaybr 2021-ci ildə Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dedi: “Qonşularımızla, bütün başqa ölkələrlə müstəqil siyasət əsnasında münasibətlər qururuq. Heç kim bizim daxili işimizə qarışmasın. Hansı ölkə ilə hansı səviyyədə münasibətlər qururuq, bizim öz işimizdir”.
Dəqiq. İranın da Ermənistanla qardaş olması onun öz işidir. Sadəcə bir şərtlə: bu qardaşlıq Azərbaycanın əleyhinə ola bilməz, beynəlxalq qanunları poza bilməz. Mənəvi qanunlara gəldikdə isə ona ən çox əməl edən dövlətlərdən biri Azərbaycan, onu ən çox pozan dövlətlərdən biri İandır. Aramızdakı fərq həm də bu dərəcədə qabarıqdır. Mənəviyyat dövlətlərin söykəndiyi alınmaz qaladırsa, qalibiyyətə uzanan yol Şuşanın qayalıqlarından keçsə belə, onun üzərində qürurla addımlayanları mənzil başına çatdırır. Qalibiyyətlə çatdırır!.
© 2020 - Created by İLK XEBER.