İrəvan İranı Bakıya qarşı savaşa çəkir? Özlərini aldadırlar...

İrəvanın hazırda Tehrandan istifadə etmək cəhdləri, iranlıların ermənilərin əvəzinə əllərini ocağa soxacaqları, az qala, Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başlayacağı sadəcə bir xülyadır.

İlkxeber.org xəbər verir ki, bu fikirləri hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

“Ermənistan onu unudur ki, Tehranda ağılsız adamlar hakimiyyətdə oturmayıb. Heç kim Tehranda erməni maraqlarına xidmət etməyəcək, xüsusilə də bu istəklər və arzular riskli olacağı təqdirdə.

Mən İranda olmuşam və İranın aparıcı “beyin mərkəzləri”nin, o cümlədən Müdafiə Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusunda işləyənlərin iş prinsipləri ilə də yaxından tanış olmuşam. Əminliklə söyləyə bilərəm ki, İran İrəvanın dediklərinə maraqla qulaq asacaq, amma Ermənistan Tehrandan heç bir dəstək almayacaq”, - deyə ekpert qeyd edib.