SON DƏQİQƏ:Azərbaycanla sərhəddə təlim keçən İran səhvən öz texnikasını vurdu - Yaralılar var

Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib.

İlkxeber.org xəbər verir ki, İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə "AH-1 SuperCobra" hücum vertolyotlarından yanlışlıqla öz texnikalarına atəş açıblar.

Nəticədə 3 İran əsgəri ağır yaralanıb.Hadisə barədə əlavə məlumat verilməyib.

Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi feysbuk hesabında paylaşıb.