Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək.
Bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın “Haber Qlobal”a müsahibəsində deyib.
“Qarabağın azad edilmiş torpaqlarında bərpa işləri aparılır. Əgər siz il ərzində əldə edilən nəticəni görsəniz, sadəcə fəxr edərsiniz. Füzuli hava limanının tikintisinin başa çatması yaxınlaşır, tezliklə, o açılacaq. Prezident Ərdoğan da açılış mərasimində iştirak edəcək”, – deyə o bildirib.
© 2020 - Created by İLK XEBER.