Bu gün Ermənistanın bir sıra KİV-i və teleqram-kanallar bildiriblər ki, artıq bir neçə gündür Qarabağ qüvvələrinin bölmələri Qarabağın Şuşa rayonunun Yexsaoq (Sarıbaba) və İnşen (Qaladərəsi) kəndləri yaxınlığında mövqeləri tərk ediblər.
Yerli erməni əhali baş verənlərdən narahatdır, hesab edirlər ki, onları müdafiəsiz qoyublar, çünki erməni hərbçiləri rusiyalı sülhməramlılar əvəz etməyiblər.
Qeyd edək ki, bu iki kənd Laçın-Şuşa yolunun yaxınlığında yerləşir. Ermənilərin bu mövqedən getməsi Bakıda Laçın dəhlizinə nəzarət edilməsinin vacibliyi barədə çağırışlar ilə üst-üstə düşür. Belə ki, rusiyalı sülhməramlılar öz öhdəliklərini yerinə yetirməyərək Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Qarabağa buraxırlar.
Ötən şənbə prezident İlham Əliyev CNN-Turk telekanalına müsahibəsində bu barədə açıq danışıb.//turan.az
© 2020 - Created by İLK XEBER.