“Bu gün Prezidenti cənab İlham Əliyevin təlimatı əsasında 200 nəfərlik əlavə növbəti yanğın-xilasetmə qrupu Dalaman hava limanına eniş edəcək”.
İlkxeber.org-un yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri və Antaliyanın keçmiş millət vəkili Mövlud Cavuşoğlu Antaliyadakı yanğınlarla əlaqədar mətbuat konfransında məlumat verərkən bunu bildirib.
M.Çavuşoğlu deyib ki, Türkiyədəki meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almaması üçün can Azərbaycan əvvəldən də peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib: “Dünən də can Azərbaycandan Gürcüstan üzərindən quru yolla çıxan 162 nəfərlik yanğın-xilasetmə qrupu və 40 yanğınsöndürmə texnikası Türkiyəyə çatıb”.
Nazir Antaliyada kritik nöqtələrdə yanğınların dayandırıldığını, şəhərin 5 rayonunda 59 məhəllənin yanğından zərər çəkdiyini bildirib.
© 2020 - Created by İLK XEBER.