Almaniyanın daşqından zərər çəkmiş bölgələrinin bərpası üçün yardım paketinin həcmi 10 milyard avro təşkil edəcək.
İlkxeber.org-un xəbərinə görə, bu barədə "Der Spiegel" nəşri məlumat yayıb.
Yardım paketi regional və federal orqanlar tərəfindən yarıya bölünəcək.
Ehtiyac olacağı təqdirdə yardım paketinin miqdarının artırılacağı bildirilib. Vəsait digər sahələrlə yanaşı, nəqliyyat infrastrukturunun bərpasına yönəldiləcək.
Xatırladaq ki, iyul ayının ortalarında Almaniyanın qərbində və cənub-qərbində yağan güclü yağışlar sel və daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində 180-dən çox adam həyatını itirib, 750-dən çox adam yaralanıb.
© 2020 - Created by İLK XEBER.